Cəmilə Tağızadə

Cəmilə Tağızadə (tam adı: Tağıyeva Cəmilə Karl qızı; d. 24 iyul 1987, Bakı,Azərbaycan) — azərbaycanlı aktrisa.

Cəmilə Tağızadə
Tağıyeva Cəmilə Karl qızı
Cəmilə Tağızadə (23 oktyabr 2016)
Cəmilə Tağızadə (23 oktyabr 2016)
Doğum tarixi (36 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Murat Temiz
Atası Tağıyev Karl
Anası Tağıyeva Svetlana
Milliyyəti Azərbaycanlı
İxtisası Aktyor sənəti[1]
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 2009 - h.h
Tanınır Aktrisa,aparıcı,fotomodel
Mükafatları "İlin ən yaxşı gənc aktrisası" mükafatı (2016)

Həyatı[redaktə | mənbəni redaktə et]

Cəmilə Tağıyeva 24 iyul 1987-ci il Bakı şəhərində anadan olub. 1994-cü il Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbinin 1-ci sinifinə daxil olub.[2] 2005-ci ildə həmin məktəbdən məzun olaraq Azərbaycan Dövlət Kooperasiya kollecinə daxil olub. 2007-ci il Dövlət Kooperasiya kollecinin məzunu olub.[3] 2009-cu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsinə qəbul olub. 2013-cu il həmin universiteti fərqlənmə ilə bitirərək məzun olub.

Xarici film istehsalçılarının "Ana yurdum" (2012 / İran) və "Əli və Nino" (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filmlərində çəkilib.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

7 sentyabr 2017-ci ildə Murat Temiz ilə ailə həyatı qurdu.[4] Ailə vəziyyəti ilə əlaqədar olaraq hazırda Türkiyədə yaşayır. 21.01.2020-ci ildə Abdullah Cesur adında oğlu dünyaya gəlib.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Bədii serial[redaktə | mənbəni redaktə et]

  • Aramızda qalsın (2009-2010, bədii serial) – rəssam köməkçisi, aktrisa
  • 3 bacı (2012-2014, bədii serial) – aktrisa
  • Həyat varsa… (2012-2014, bədii serial) – aktrisa
  • Səndən sonra[5] (2013-2014, bədii serial) – aktrisa (Afaq)
  • Göyçək Fatimə (2013-2015, bədii serial) – aktrisa (Ayka)
  • İkinci bahar (2014, bədii serial) – aktrisa (Könül)
  • Taksi parkı[6] (2014, bədii serial) – aktrisa, prodüser
  • Dəfnə ağacı (2016, bədii serial) – aktrisa (Dəfnə)
  • Cehizsiz gəlinlər[7] (2016-2017, bədii serial) – aktrisa (Hicran)
  • Xəstəxana[8] (2017, bədii serial) – aktrisa

Bədii film[redaktə | mənbəni redaktə et]

Xarici film[redaktə | mənbəni redaktə et]

  • "Ana yurdum" (2012 / İran)
  • "Əli və Nino" (2015, rejissor Asif Kapadia / Böyük Britaniya)

Televiziya fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Sosial Media Hesabları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "sənəti fakültəsi"". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
  2. "Novruzbəyli adına 46 nömrəli tam orta məktəb"". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
  3. "Biznes və Kooperasiya Kolleci"". 2018-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
  4. "tanınmış aktrisası Cəmilə Tağızadə ərə gedir"". 2017-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
  5. "sonra"". 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
  6. "parkı"". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
  7. "gəlinlər"". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
  8. "Arxivlənmiş surət". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
  9. "pərdə"". 2019-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
  10. "Arxivlənmiş surət". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
  11. "Tv"". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.