Cənd (Ərəbcə: ثءند və ya Xocənt) — Qədim oğuz şəhəri.
Şəhər | |
Cənd | |
---|---|
44°37′ şm. e. 64°09′ ş. u. | |
Ölkə | |
Müasir Qazaxıstanda Kızılorda vilayəti bağlı Kazalinsk (Qazaxca: Қазалы; Rusca: Казалинск) şəhrinin yaxınlarında əskidən Oğuz ölkəsi içində Seyhun çayının sol yaxasında İslam sınırında bir uc (Qədim türkcədə: kənar, sərhəd) şəhirdir və o çağda Aral dənizinə tez-tez Cənd gölü də deyilirdi. Türkistanda Yangikəntdən 140 kilometr uzaqlıqda olub, xalqının çoxu müsəlmandı. Vaxtı ilə Oğuz yabgusunun oturduğu şəhər, XIII əsrdə başlayan Monqol istilası sırasında monqollar digər oğuz şəhərləri kimi şəhəri yağmalamış bir çox qırğınlar etmişdilər.
Biz sanırıq ki, Cənd və Sapran səyahətində Alp Arslan (ʿAdud ad-Daula Abu Shudschaʿ Muhammad bin Daud Chaghri)ı hədiyələrlə qarşılayan (1066) Cənd xanı Oğuzlardan və müstəqil bir hökmdardı.[1]
Mahmud Qaşqarlı, Sırdərya bölgəsini isə Türk dilinin ən əski və dəyərli sözlüklərindən Divânu Lügatit-Türktə bulunan xəritədə ayrıca "Bilād al-Guzziyya" adı ilə qeyd etmiş və buraya altı şəhər işarəti qoymuşdur. Bunlardan yalnız "Cənd" şəhərinin adı yazılmış, xəritədə Ceyhun ilə Seyhun çaylarının arasında və Seyhun çayının sol yaxasında işarələnmişdir.
Səlcuq subaşının paytaxt (mərkəz) etdiyini bildiyimiz şəhərdir[2]. Ənaz 10. yüzyıldan bəri Oğuz yabgusunun qışlağı olan ərəbcə Al-Qarjat al-haditha[3] (Farsca: Dih-i Nau, türkcə adı Yengikənd)dir.[4] Ayrıca, Orta Çağın sonunda Buxarada "Turk-i Djandi" adı altında bir ordugah (kışla)dan bahsədilmiştir[5]. Qaynaqlara görə, Orta Çağ boyunca al-Kariya al-Djadid adında bir yerləşim yeri varmış, bu demək olur ki yəni yerləşim yeri, Djanddan Türkmən köçmənləri tərəfindən qurulmuşdur[6].
Oğuz şəhərləri haqqında araşdırma aparan rus arxeoloqu Sergey Pavloviç Tolstov[7] əl-İdrîsînin batıda Aral dənizi, şərqdə Daşkənd və şimali-qərbdə "Murqar dağları" (Murgajar-tav, Mughalzhar vəya Mugalzhar) arasındaki Oğuz bölgəsi haqqında bu bilgiləri verir:
"Oğuz şəhərləri çoxdur. (Bu şəhərlər) şimalda və şərqdə qarşı- qarşıya sıralanır. (Oğuzların) əlçatmaz-ərişilməz dağları və (bu dağlarda) müstahkəm kurganları vardır və bəyləri buralarda daldalanır, əşyaları ilə yeyəcəklərini mühafizə edərlər (Bu bəylər) bu elin qoruyucusudur."