Cənnətqaya yaşayış yeri — Şərur rayonundakı Tənənəm kəndinin şərqində son Tunc və ilk dəmir dövrlərinə aid yaşayış yeri.
"Ağ zirət" deyilən yerin yaxınlığındadır.Hər tərəfdən dağlarla əhatə olunmuş abidənin sahəsi 6 hektara yaxındır. Aşınma nəticəsində əmələ gəlmiş yarğanlarda mədəni təbəqənin (bəzi yerlərdə 50 sm qalınlığındadır) kəsiyi alınmışdır. Yerüstü materiallar çəhrayı və üzəri cızma xətlərlə [naxışlanmış boz rəngli kasa və küpə tipli tuf daşından hazırlanmış dən daşından ibarətdir.Saxsı qab məmulatı, əsasən Son Tunc və İlk Dəmir dövrləri üçün səciyyəvidir. Tapıntılara əsasən yaşayış yerinin e.ə. II-I minilliklərə aid olduğu ehtimal edilir.[1]