Cənub Federal Universitetinin əsas korpus binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi ev 105 ünvanında yerləşən bina. Bina 1914-1917-cu illərdə inşa edilmişdir. Onun memarı Qeorqi Nikolayeviç Vasilev olmuşdur. Bina Cənub Federal Universitetinin əsas korpus binası yerləşir. Cənub Federal Universitetinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[1].
Cənub Federal Universitetinin əsas korpus binası | |
---|---|
rus. Главный корпус Южного федерального университета | |
47°13′29″ şm. e. 39°43′42″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Tikilmə tarixi | 1917 |
Memar | Qeorqi Nikolayeviç Vasilev |
Memarlıq quruluşu | Eklektika |
Vikianbarda əlaqəli mediafayllar |
Bina gəlirli bina olaraq don taciri və meşə təsərrüfatçısı Q. Y. Kistovun olmuşdur. Bina Bolşoy Sadovnaya küçəsində yerləşir. Binanın tikintisinı 1914-cu ildə başlanılmışdır.
Birinci Dünya müharibəsi zamanı bina artilleriya briqadası tərəfindən icarərəyə götürülmüşdür. Oktyabr inqilabı və Rusiyada olan vətəndaş müharibəsi zamanı bina «Donsovqorxoz» adlı qurumun balansında olur. 1924-cü ildə Don ispolkomunun balansına verilir. Burada üstəlik Don işçi-kəndli inspeksiyası, Donvnutorq, Diyar torpaq idarəsi, Diyar sağlıq bölməsi, Diyar xakq təhsili bölməsi yerləşirdi. 1935-ci il Rostov Şəhər soveti və Komunist Partiyasının Şəhər komitəsi tərəfinddən qəbul olunmuş qərar ilə, RSFSR rəhbərliyinin xüsusi qərarı ilə bina Ristov Dövlət Universitetinin balansına verilmişdir. Bununla yanaşı binada «Çerkavstoytrest», «Promstoytrest» və Diyar arxivi yerləşdirilmişdi. 1940-cı illərdə binanı müvvəqəti olaraq Dövlət Təhlükəsizlik Xalq Komisarlığı sonradan isə Universitetin inzibati-təsərrüfat aparatı və bir neçə falutə, laboratoriyası yerləşdirimişdi.
Bina beş mərtəbədən ibarətdir. O Bolşoy Sadovnaya küçəsi və Universitet xiyabanı ərazisinfə yerləşir. Küçənin künc hissəsində mövqe tutur. Fasadında lepka elementləri açıq-aşkar müşahidə edilir. Bina kronşteyn, karnız və eyvanlara sahibdir. Arxitektur baxımından motdernizm və neoklassizm elementləri üstünlük təşkil edir. Bina dəhliz sistemi əsasında inşa edilmişdir.