Cənub dəlizoğalı
Cənub dəlizoğalı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
İlk dəfə Qafqazda təsvir edilmişdir; Krımda, Volqanın aşağı sahillərində təbii halda bitir.
Boyu 4 metrə çatan, geniş çətirli, tutqun yaşıl rəngli koldur. Yarpaqlarının uzunluğu 9 sm-ə qədərdir, saplaqlı, dəyirmi və ya geniş pazvarıdır, damarları 4-5 cüt olmaqla aydın seçilir, üst tərəfdən parlaq-yaşıl, alt tərəfdən nisbətən solğun, tükcüklüdür. Çiçək qrupu 6 sm enində olub, qalxanvarı çətirdə yerləşir. Kasacığı qısa dişlidir, daxildən tükcüklüdür, ləçəkləri neştərvaridir. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabr aylarında yetişir. Meyvəsi kürəvarıdır, qaramtıl, çəyirdəklidir. Toxumunun 1000 ədədi 48-50 qramdır. Kök pöhrələri ilə yaxşı çoxalır.
Çay kənarlarında, qayalarda, rütubətli yerlərdə bitir.
Böyük və Kiçik Qafazda, Kür-Araz ovalığında, Cənub bölgəsinin meşələrində dəniz səviyyəsindən 1400 m yüksəkliklərə qədər olan sahələrdə, meşə və kolluqların tərkibində bitir.
Qabığında çoxlu aşı maddəsi vardır. Dekorativ bitkidir, canlı çəpər salınmasında və dərə yarğanlarının bərkidilməsində, yaşıllaşdırmada istifadə olunu.