Cənubi Koreyada küçə yeməkləri

Cənubi Koreyada küçə yeməkləri[redaktə | mənbəni redaktə et]

Cənubi Koreya küçə yeməkləri ilə məşhurdur. Bununla Yaponiyadan çox fərqlənir. Yaponiyada küçədə satıcılarla qarşılaşmaq çox çətindir amma Koreyada sırf küçədə satıcılardan alınıb yeyilən yeyəcəklər vardır. Üç tip küçə yeməkləri satan yerlər vardır. Birincisi, çadır şəklində yerlərdir. Burada eyni zamanda axşamlar içki içmək istəyənlərin də məkanıdır. İkincisi, səyyar maşınlarında satanlar. Üçüncüsü isə milli market və ya restoranlardır. Cənubi Koreyada  insanlar küçə yeməklərinə çox böyük maraq göstərirlər. Əslində Coson krallığı dövründə kralların yedikləri doqboqqi və sunde kimi yeməklər hal-hazırda Koreya küçələrində daha ucuz əldə edib yemək mümkündür. İşdən çıxdıqda çox asanlıqla tapılan stake, tost, kofe, pizza, toyuq qızartması və s. ilə bərabər daha çox qızardılmış hazır yeməklərə üstünlük verilir.

Kimbab[redaktə | mənbəni redaktə et]

Kimbaba Koreya suşisi də deyirlər. Çünki suşi kimi görünür ona görə də suşinin Koreya versiyonu da demək mümkündür. Kimbab, dəniz yosunu ilə digər məhsulların bükülməsi ilə hazırlanılır. Kimbab hazırlayarkən düyü və yosunu, perilla yağı ilə ehmalca tərbiyə edilir. Kimbab da suşi kimi ətli, ispanaqlı, tofulu, turp turşulu və yumurtalıdır. Kimbab kiçik rulolar halında da servis edilir, kiçik atışdırmalıq halında yemək istəyənlər üçün də dilimlənmiş olaraq servis edilir. Bu ruloları ölkənin istənilən yerində əldə etmək mümkündür. Küçədəki satış dəzgahlarında, bazarlarda, marketlərdə sürətli və təzə hazırlanmış kimbabları əldə etmək olar.

Mandu (Koreya düşbərəsi)[redaktə | mənbəni redaktə et]

Koreya “mandu” Çin “jiaozi” və Yapon “gyozasına” bənzəyir. Koreya düşbərəsi Mandu, əriştə şorbasının yanında servis edilməsi üçün qızardılır və ya qaynadılır. Mandu buxarlanmış olanda “jjinmandu”ya, qızardıldıqda isə “gunmandu”ya dəyişir. Gunmandunun tərkibi çox zəngindir. Düşbərə formasını almış xəmirin tərkibində tofu, duz, kələm, yaşıl soğan, sarımsaq, kök və s. əlavə olunub yağda qızardılır. Mandunun bir sıra növləri vardır: Kimchi Mandu, Koqi Mandu, Jjinppang Mandu və s. Mandular isti və ləzizdir amma bəzən çox baharatlı olduğu haqqda şikayət edilə biləcək qədər çox baharatlı da ola bilir.

Cançi kuksu (Janchi guksu)[redaktə | mənbəni redaktə et]

Daha çox Busan və Mokboya səyahət edərkən qatar stansiyalarında satılır. Bu yemək əvvəllər ziyafətlərdə, xüsusən toylar və altmış yaşını qeyd etmə mərasimlərində yeyildiyi üçün ziyafət noodle adlanır. Bulyonun içərisinə siyənəyə bənzəyən xırda balıq və daşima kelp adlanan dəniz yosunu əlavə olunur. Sonda buğda unundan hazırlanmış noodle əlavə olunur. Süfrəyə verildikdə isə üzərinə susam yağı, gangjang, jidan(qızardılmış yumurta), gym və qara istiotla servis edilir.

Odenq(Odeng)[redaktə | mənbəni redaktə et]

Koreyada fish cake deyildikdə ağıla ən çox məşhur olan Omuk və Odeng gəlir. Odeng Yaponiyanın milli yeməyi Odenin adına bənzəyir və eyni zamanda Koreyanın ən məşhur yeməyi dokboqqi və sundenin birləşməsidir. Korean fish cake surimi, buğda unu, yağ, duz, şəkər və zövqə görə istənilən ədviyyatlardan hazırlanır. Qaynadılmış suya xüsusi şərab, sarmısaq əlavə edilir. Buğda unu və balıqdan kağız formasında keks hazırlanıb çubuqlara keçirilir. Hazırlanmış sosda qaynadılır. Süfrəyə isti -isti və üzərinə soğan və digər tərəvəzlər verilir.

Capçe (Japchae)[redaktə | mənbəni redaktə et]

Glass (şüşə) noodle Koreya mətbəxində ən çox yeyilən yeməyidir. Tərkibi glass noodle və bir çox tərəvəzlərdən ibarətdir. Şirin kartof, tərəvəzlərin qarışığı, ət, göbələk, üzərinə isə soya sosu və susam yağı əlavə olunur.

Balıq çörəyi (Bungo bbang)[redaktə | mənbəni redaktə et]

Balıq çörəyin Yaponiyanın tayiaki şirniyyatından götürülmüşdür. Buğda unu, şəkər tozu,yumurta suda və ya süddən hazırlanmış xəmirlərə balıq forması verilib yağda qızardılır.

Hotteok[redaktə | mənbəni redaktə et]

Bəzən bu yeməyə Koreya çörəyi də deyilə bilir. Amma Hotteokun bir çörəkdən daha artıq olduğunu bilmək lazımdır. Hotteok baharatlı dolğun bir krep kimidir. Hotteokun içərisində olan bir sıra təamlara saysaq, bunlar: qara küncüt, yerfıstığı, lobya və bal və s.-dir.

Pajeon (Krepler)[redaktə | mənbəni redaktə et]

“Pajeon”un sadə versiyonunda içi kəvər və yaşıl soğan ilə doldurulur, amma bəzi yerlərdə hazırlanan pajeonların bol miqdarda kalamar, krivetka və ya midye ilə doldurulduqdan sonra qızardılır. Bu yeməyi isti halda bir dilim kəsib soya sosuna batıraraq yeyildikdə daha ləzzətli olur.

Korean Egg Toast (Koreya yumurta tostu)[redaktə | mənbəni redaktə et]

Myeongdong'un ən populyar mağazası bir saat davam edəcək növbələri cəlb edə bilən Issac Toastdır.  Ancaq bunları başqa mağazalarda da tapmaq olar. Koreya Yumurta Tostu incə doğranmış tərəvəzlər, spamdan ibarətdir .

Korean Grilled Cheese Lobster[redaktə | mənbəni redaktə et]

Koreyada küçə yeməkləri yüksək səviyyədədir. Nyu-Yorkda xərçəng rulonları, Seulda ızgara pendir lobsterləri ilə məşhurdur. 15.000 Wonluq qəlyanaltı ilə kifayətlənmək olar. Maliyyət əsas amil deyilsə, dəniz məhsulları çox təzə və şirin olduğundan ödəyəcəyiniz məbləğə dəyər.

Tteokbokki ( Ədvalı düyü tortları)[redaktə | mənbəni redaktə et]

.

Tteokbokki keçmişdə saraylarda yeyilən yeməklərdən biri idi. Amma hal-hazırda Koreyanın istənilən yerində – küçələrdə, marketlərdə asan bir şəkildə tapılaraq yeyilə biləcək ləzzətlər arasındadır. Tteokbokki, ddeokbokki, topokki kimi də bilinən bu yemək, gochujangda bişirilmiş silindr şəklində düyü tortlarıdır – şirin, ədviyyatlı qırmızı bibər souslu. Yumurta, əriştə və ya pendir kimi maddələr olan bir qabda və ya çubuqda xidmət edilir.

Fishcake[redaktə | mənbəni redaktə et]

Pajeon”un sadə versiyonunda içi kəvər və yaşıl soğan ilə doldurulur, amma bəzi yerlərdə hazırlanan pajeonların bol miqdarda kalamar, krivetka və ya midye ilə doldurulduqdan sonra qızardılır. Bu yeməyi isti halda bir dilim kəsib soya sosuna batıraraq yeyildikdə daha ləzzətli olur.