Cənubi Koreyada bütün əhaliyə şamil olunan rəsmi istirahət günlərinə dair qanun yoxdur, Prezident fərmanı olan "Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamə" [1]də dövlət müəssisələri və ya yerli hökumət və s. üçün rəsmi istirahət günləri müəyyən edilmişdir. Dövlət idarələrinə dövlət və ictimai məktəblər daxil olsa da, dövlət şirkətləri daxil deyil. Bu səbəbdən özəl şirkətlər və ya özəl təşkilatlar işçi və idarəçi arasındakı razılıq (əsasən "kollektiv müqavilələr" və ya "məşğulluğun tənzimlənməsi") vasitəsilə özləri istirahət günlərini müəyyən edə bildikləri üçün dövlət idarələrinin rəsmi istirahət günlərində istirahət etmək kimi hüquqi vəzifələri yoxdur, lakin təcrübəyə əsasən "Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamə"yə zəruri olaraq müraciət edib istirahət günlərini tətbiq edirlər.
İllik rəsmi istirahət günləri bazar günü, seçki günü, tələblərə uyğun olaraq müyyən edilən günləri çıxmaqla, 15 gündür. Alternativ istirahət günləri sisteminin tətbiq edilib edilməməsi ilə bağlı müxtəlif dəyişikliklər olsa da, şənbə gününü də daxil etdikdə istirahət günlərinin sayı Yaponiya(119 gün)dan azdır, Amerika(114 gün), Almaniya(114 gün), Fransa(115 gün) və s. kimi ölkələrlə isə eynilik təşkil edir. Bundan əlavə Cümə axşamı ilə başlayan uzun il və cümə günü ilə başlayan adi illərdə (1 Mart bazar günü olduğu təqdirdə) rəsmi istirahət günləri azlıq təşkil edir. [2]
Qoryo və Coson sülaləsi dövründə ay təqvimi ilə 1, 7, 15 və 23-cü günlərdə dövlət idarələrində iş olmurdu. Həmçinin fəsillərin dəyişdiyi mövsümlərdə də işləmirdilər. Sollalda yeddi gün, Deborum, yəni bədrlənmiş ay günündə üç gün, Dano, yəni ay təqviminə görə ilin beşinci ayının beşinci günü üç gün, çıraq festivalında üç gün, Çusokda isə bir gün istirahət edirdilər.[3]
Həftədə 7 günlük sistem Qərbdən gəlmiş və 1895-ci ildən Qabo İslahatı dövründən etibarən qüvvəyə minmişdi.[4] Gojongun hakimiyyəti dövrü olan 1895-ci ildən Ölkənin əsasının qoyulması (Cosonun əsasının qoyulduğu gün - 16 iyul), Kralın doğum günü (Gojongun doğum günü, 25 İyul), Soqoil (Kral Gojongun Jongmyoda taxta əyləşdiyi gün, ay təqvimi ilə 2 dekabr) rəsmi istirahət günü idi. Sunjongun hakimiyyət dövrü olan 1908-ci ildən Qonvoncol (Sunjongun doğum günü, günəş təqvimi ilə 25 mart, ay təqvimi ilə 8 fevral), Ölkənin əsasının qoyulması (günəş təqvimi ilə 14 avqust), Taxta çıxma mərasimi (Sunjongun taxta çıxdığı gün, günəş təqvimi ilə 27 avqust), [5]
"Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamə"nin 2-ci maddəsində dövlət idarələrinin rəsmi istirahət günləri aşağıdakı kimi göstərilir. [1]
1. Bazar günü
2. Milli bayramlardan 1 Mart Hərəkatı, Koreya Milli Azadlıq günü, Milli Quruluş günü və Koreya Əlifbası günü 3. 1 Yanvar (Günəş təqvimi ilə yeni il) 4. Yeni ildən bir gün əvvəl, Yeni il, Yeni ilin növbəti günü (Ay təqvimi ilə 12-ci ayın sonuncu günü, 1-ci ayın 1-ci günü, 1-ci ayın 2-ci günü) 5. Buddanın ad günü (Ay təqvimi ilə 4-cü ayın 8-i) 6. 5 May (Uşaqlar günü) 7. 6 İyun (Xatirə günü) 8. Çusoqdan bir gün əvvəl, Çusoq, Çusoqun növbəti günü (Ay təqvimi ilə 8-ci ayın 14, 15, 16-cı günü) 9. 25 Dekabr (Milad bayramı) 10. 「Koreya Respublikasının Seçki Qanunu」nun 34-cü maddəsinə əsasən vəzifəyə xitamla əlaqədar seçki günü 11. Hökumət tərəfindən müəyyən edilən digər günlər |
Adı | Tarixi | Qüvvəyə mindiyi il | Qeyd | Alternativ istirahət günləri |
---|---|---|---|---|
Yeni il (Günəş təqvimi ilə) | 1 yanvar | 1949-cu il | Günəş təqvimi ilə Yeni il rəsmi istirahət günü kimi müəyyn edildiyi zaman yanvarın 3-nə qədər tətil idi, lakin müvafiq olaraq 1990-cı il və 1999-cu illərdə rəsmi istirahət günlərindən 1 gün azaldıldı və hal-hazırda yalnız 1 yanvar rəsmi istirahət günüdür. | × |
Koreya Yeni ili (Seollal) | Ay təqvimi ilə 12-ci ayın sonuncu günü
1-ci ayın 1-ci günü 1-ci ayın 2-ci günü |
1989-cu il 1985-ci il 1989-cu il |
1989-cu ildə rəsmi olaraq Seollal adı verildi və 3 günlük müəyən olundu. 1985-ci ildən 1988 -ci ilə qədər müvəqqəti olaraq Xalq günü adlandırılmışdır və yalnız həmin gün rəsmi istirahət günü idi. Yapon müstəmləkə hakimiyyəti dövründə, Li Sın Man və Pak Çon Hi hakimiyyəti illərində həm ay təqvimi, həm də günəş təqvimi ilə, ümumilikdə iki dəfə qeyd olunduğundan təzyiq göstərilmişdir. | ○ |
1 Mart Hərəkatı | 1 mart | 1949-cu il | Milli Gün. 1919-cu 1 Mart Hərəkatının ildönümü. | × |
Buddanın ad günü | Ay təqvimi ilə 4-cü ayın 8-ci günü | 1975-ci il | Buddizmin ənənəvi bayramı. | × |
Uşaqlar günü | 5 may | 1975-ci il | Uşaqların sağlamlığını və şəxsiyyətini önəmli sayıb onların xoşbəxtliyi naminə 1919-cu il 1 mart hərəkatı zəminində Bang Jeong-Hvan və Saek-dong Birliyi təşəbbüs göstərmişdir. | ○ |
Anım Günü | 6 iyun | 1956-cı il | Vətən uğrunda şəhid olanların və müharibədə həlak olan əsgərlərin sədaqətinin yad olunduğu gün. Bayraq yarıya qədər endirilir. | × |
Koreya Milli Azadlıq günü | 15 avqust | 1949-cu il | Şimali və Cənubi Koreyanın ortaq olaraq qeyd etdiyi yeganə milli bayramdır. 1945-ci il 15 Avqust Azadlıq gününün yad edildiyi gün. | × |
Çusoq | Ay təqvimi ilə 8-ci ayın 14-cü günü
Ay təqvimi ilə 8-ci ayın 15-ci günü Ay təqvimi ilə 8-ci ayın 16-cı günü |
1989-cu il 1949-cu il 1986-cı il |
Bu Koreya xalqının ən böyük bayramıdır. 1986-cı ildən 1988-ci ilə qədər iki günlük istirahət günü( Çusok günü və ertəsi gün) idi, 1989-cu ildən bu gün ( ay təqvimi ilə avqust ayının 14-ü) daxil olmaqla üç günlük tətil oldu. | ○ |
Milli Quruluş günü | 3 oktyabr | 1949-cu il | Milli dövlət günüdür. Koreya tarixində ilk ölkə olan Dangun Cosonun əsasının qoyulduğu gündür. | × |
Koreya Əlifbası (Hanqıl) günü | 9 oktyabr | 1949-cu il | Milli dövlət günüdür ( 2005 - ci ilin dekabrında milli dövlət günü olaraq təyin edilmişdir [6] ). 1991-ci ildən rəsmi istirahət günləri siyahısından çıxarıldı və 28 dekabr 2012-ci ildə yenidən rəsmi dövlət günü olaraq təyin edildi. | × |
Milad bayramı | 25 dekabr | 1949-cu il | Xristianlıqda ənənəvi bayramdır nümayəndəsi tətili. El arasında 'Sonqtancol' və ya 'Milad' adlanır. | × |
Seçki günü | Prezident seçkiləri Parlament seçkiləri Bələdiyyə seçkiləri | 2006-cı il | × |
Seollal və Çusok tətilləri bazar günü də daxil olmaqla digər istirahət günləri ilə üst-üstə düşdükdə, Uşaqlar Günü istirahət günləri və ya şənbə ilə üst-üstə düşdükdə qarşıdan gələn ilk iş günü alternativ tətil hesab olunur. (Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamənin 3-cü maddəsi. [1] 5 noyabr 2013-cü ildə təsis edilmişdir)
Koreyada 27 mart 1959-cu ildən 30 dekabr 1960-cı ilədək Alternativ Tətil Sistemi (bazar günlərindən başqa rəsmi dövlət günləri bazar günləri ilə üst-üstə düşdükdə ertəsi gün də istirahət günü hesab olunur) tətbiq olunmuşdur. 2009-cu ildən başlayaraq rəsmi istirahət günləri ilə bağlı qanunvericilik layihələri davamlı olaraq Milli Məclisin müzakirəsinə təqdim olunur və Alternativ Tətil Sisteminin bu qanunla tənzimlənməsi üçün müzakirələr aparılır. Buna dair səlahiyyətli orqan olan Təhlükəsizlik və Dövlət İdarəçilik Nazirliyi və maliyyə dünyası şirkətlərin tətil günlərində işləyənlərin sayının artması və istehsalda gecikmə, müvəqqəti və günəmuzd gəlirin azalması və s.in özəl iqtisadiyyata olan təsiri səbəbi ilə qarşı çıxdılar.[7] 5 Noyabr 2013 tarixindən yalnız Seollal, Çusok tətilləri və Uşaqlar Günü üçün məhdud şəkildə Alternativ Tətil Sistemi tətbiq edildi. Lakin özəl müəssisələrin bu qanuna əməl etmələri zəruri olmadığı üçün bu məsələ mübahisələrə səbəb olmaqdadır.
Adı | Tarixi | Qüvvəyə mindiyi il | Ləğv olunduğu il | Qeyd |
---|---|---|---|---|
Günəş təqvimi ilə Yeni il tətili | 2 yanvar 3 yanvar |
1949-cu il | 1999-cu il | Günəş təqvimi ilə Yeni ildə yanvarın 3- dək tətil olurdu, ancaq 1990-cı il yanvarın 3-ü, 9 il sonra 1999-cu ildə isə yanvarın 2-si rəsmi istirahət günü olaraq ləğv edildi. |
Sabanq günü | 15 mart | 1960-cı il | 1961-ci il | 1960-cı ildə "Sabanq Günü" ( 15 Mart )nü Ağac əkilməsi gününün əvəzinə rəsmi istirahət günü olaraq müəyyən etdilər. 1960-cı ildə Sabanq gününü 15 Mart əvəzinə 21 Mart olaraq təyin edib qeyd etdilər. Növbəti ilin əvvəllərində Sabanq gününü ləğv edib Ağac əkilməsi gününü rəsmi istirahət günü olaraq bərpa etdilər. |
Ağac əkilməsi günü | 5 aprel | 1949-cu il | 2006-cı il | 1960-cı ildə Sabanq günü (15 Mart) olaraq dəyişildi və növbəti ilin əvvəllərində bərpa edildi. Dövlət müəəssisələrində 5 iş günü sisteminin tətbiqi ilə birlikdə rəsmi istirahət günü siyahısından çıxarıldı [8] |
Konstitusiya Günü | 17 iyul | 1949-cu il | 2008-ci il | Milli dövlət bayramlarından biridir. Dövlət müəəssisələrində 5 iş günü sisteminin tətbiqi ilə birlikdə rəsmi istirahət günü siyahısından çıxarıldı [8] |
Silahlı Qüvvələr Günü | 1 oktyabr | 1976-cı il | 1991-ci il | Bayram tətillərinin artması səbəbindən rəsmi istirahət günü siyahısından çıxarıldı. [9] |
Birləşmiş Millətlər Günü | 24 oktyabr | 1950-ci il | 1976-cı il | Silahlı Qüvvələr Gününü rəsmi istirahət günü olaraq təyin etdikdən sonra rəsmi istirahət günü siyahısından çıxarıldı. |
Bazar günü, Milli Dövlət günü(1 Mart hərəkatı, Konstitusiya günü, Koreya Milli Azadlıq günü, Milli Quruluş günü), Günəş təqvimi ilə Yeni il Tətil(1 Yanvar - 3 Yanvar), Ağac əkilməsi günü(5 Aprel), Çusok(Ay təqvimi ilə 15 Avqust), Koreya Əlifbası (Hanqıl) ügün(9 Oktyabr), Milad bayramı(25 dekabr), və s. dövlət tərəfindən tələblərə uyğun olaraq müəyyən edilən günlər.