Cənubi Koreyanın SKY universitetləri

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

SKY üç məşhur Kore universitetinin adının birləşməsindən yaranmışdır. Seul Milli Universiteti, Koreya Universiteti və Yonsey Universiteti. Statistikaya əsasən Koreyadakı dövlət məmurlarının 46 faizi, CEO-ların isə 50 faizi məhz SKY universitetlərinin məzunu olurlar. Eyni zamanda hər il universitetlərə qəbulda abituriyentlərin ən çox qəbul olmaq istədiyi universitet də məhz SKY universitetləri olur. Lakin bu o demək deyil ki, ən çox qəbul göstəriciləri məhz bu universitetlərdir. Əksinə SKY universitetlərində qəbul şərtləri həddindən artıq ağır olduğu üçün qəbul olunan tələbə sayında azlıq hər zaman onlara məxsus olur. Bəzi hallarda SKY universitetlərini “elitlərin universitetləri” adlandırmaqları da buradan irəli gəlir. Koreyanın nüfuzlu şəxslərinin övladları birmənalı şəkildə bu universitetlərdə təhsil alır. Belə deyək, əgər siz bu universitetlərdən birində oxuyursunuza, artıq 1-0 öndəsiniz və uğurlusunuz. Çünki SKY universitetlərində həqiqətən də profesional olmaq istəyənlər təhsil alır. Qaydalara riayət etmədiyinə və təhsil göstəriciləri aşağı olduğuna görə sonradan universitetdən uzaqlaşdırılanların da sayı az olmur. İndi isə hər bir universitet haqqında ayrıca məlumatlara keçək.

서울대학교 [Soul dehakkyu] – Seoul National University – Seul Milli Universiteti

[redaktə | mənbəni redaktə et]

1946-cı ildə yaradılmış SMU, SKY universitetləri içərisində yeganə dövlət universitetidir. Digər ikisi ilə müqayisədə daha üstün mövqeyə malikdir. Əsas binası Qvanakda(관악)yerləşir. Digər ikisi Dehakro və Pyongçangda yerləşir. Hal-hazırkı rektor Song Nak-İndir. Universitetin rəmzi rəngi göydür. SMU deviz olaraq dilimizdə “həqiqət mənim işığımdır” mənasına gələn latınca ifadəni istifadə edir: “Veritas lux mea”. Universitetin 16 kolleci, ayrıca magistr dərəcəlilər üçün məktəbi və 9 peşə məktəbi var.

Universitetin əsas giriş qapısına “Şa” (샤) adı verilmişdir. Qapının forması ㄱ,ㅅ,ㄷhərflərinin birləşməsini xatırladır və bu universitetin orijinal adının baş hərfləridir(Gungnip Seoul Daehakgyo)

SMU-nin kitabxanası Qvanakdakı binanın arxasında ayrıca bina olaraq fəaliyyət göstərir. 4 milyona yaxın bədii və elmi kitabı özündə birləşdirən kitabxananın, elektron kitabxana bölümü ayrıca mərtəbələrə yerləşir və yüksək müasir texnologiyası ilə fərqlənir. 1966-cı ildə kitabxanadakı kolleksiyalar sistemləşdirilmiş, qəzet, jurnal, xarici dilli ədəbiyyat bölmələri də əlavə edilmişdir. Tələbələr vaxtlarının çoxunu burada keçirtdiyi üçün, geniş oxu zalları, hətta aşağı mərtəbədə yeməkxana kimi yerlər də fəaliyyət göstərir. Kitabxana 7 böyük dünya kitabxanası ilə əməkdaşlıq edir: Kolumbiya, Harvard, Hong-Kong, Leiden, Miçiqan, Stokholm, Toronto.

1995-ci ildən fəaliyyət göstərən SMU muzey binası da Qvanakda yerləşir. Almaniyalı memar tərəfindən tikilmiş gözoxşayan binada Koreya mədəniyyətinə aid nadir, orijinal eksponatlarla yanaşı, universitetin öz məzunlarının xüsusi uğur tabloları da yer alır.

“Qvanaksa”, “Yongonsa” adlanan yataqxanalar ən üstün avadanlıqlarla təmin olunmuşdur. 1975-ci ildən fəaliyyət göstərir. Oğlanlar və qızlar üçün ayrı-ayrı binalar təşkil edilmişdir. Bundan əlavə sağlamlıq mərkəzi üçün olan bina, yataqxanadan ayrı formada inşa edilmişdir.

Universitetin mətbəə orqanı ayrı bir binada yerləşir. Digər binaları kimi SMU-nin bu binası da gözəl tikintisi ilə fərqlənir. 1952-ci ildə təməli qoyulmuş “SMU qəzeti” hər bazar ertəsi pulsuz şəkildə tələbələrə təqdim edilir. Tətil və imtahan günləri qəzet buraxılmır.

26 ixtisasda təhsil verən Seul Milli universitetini bitirən məşhurlar arasında dramalarda yer alan və ya musiqiçi olan LEE Sang Yoon , KIM Jeong Hoon, LEE Honey, KIM Tae Hee, LEE Juck kimi şəxsləri vurğulamaq olar. Bundan başqa “Star’s Lover”, “2 Days, 1 Night”, “Replay 1988” kimi dramaların bir çox səhnəsi SMU-da çəkilmişdir.

고려대학교[Koryo dehakkyo]-Korea University-Koreya Universiteti

[redaktə | mənbəni redaktə et]

Universitetin əsası 1905-ci ildə qoyulmuşdur. Ölkədə ali təhsil verən ən güclü 3 universitetdən biri hesab edilir. Nəzdində 19 kollec və 18 məktəb fəaliyyət göstərir. 81 şöbədə təmsil olunan universitet, araşdırmalar mərkəzi kimi də fəaliyyət göstərdiyindən, burada professor dərəcəsinə yüksələn şəxslərin sayı nəzərə çarpacaq səviyyədə yüksəkdir. İlk dəfə hüquq, iqtisadiyyat və jurnalistika kimi ixtisaslara bu universitet yiyələnmişdir. Özəl universitetin hal-hazırkı rektoru Yom Ce Hodur. Rəmzi rəngi tünd qırmızı, devizi isə “Azadlıq, Ədalət, Həqiqət” olan “Libertas, Justitia, Veritas”-dır. 4 ərazidə 4 fərqli ixtisaslı binaları fəaliyyət göstərir: Elm və Mühəndislik elmləri, Humanitar və Sosial elmlər, Tibbi və Həyati elmlər və Congnıng binası. Hər biri Seulun mərkəzi küçələrində və şəhərin gözoxşayan yerlərinə piyada gedişi təmin edəcək səviyyədə əlverişli inşa edilmişdir.

KU kitabxanası 2.5 milyon kitab bazası ilə Koreyada ən böyük elmi kitabxana hesab edilir. 5 binada fəaliyyət göstərən kitabxana ixtisaslara uyğun bölünmüşdür. Əsas kitabxana 800.000 nüsxəyə sahib olmaqla, özəl universitetlər arasında birinci yeri tutur. Hesong Hüquq Kitabxanası Koreyanın ən çox hüquq ədəbiyyatının yerləşdiyi binadır. Elektron kitabxana binası ayrı fəaliyyət göstərir. Elmi kitabxana mühəndislik, tibb, təbiət elmləri ilə bağlı 330 minə yaxın kitabı özündə birləşdirir. Məzun kitabxanası isə tarixi formada tikilmiş və Koreyada başqa kitabxanada nadir hallarda tapa biləcəyiniz kitablara sahiblik etməkdədir.

Universitetdə 11 özfəaliyyət dərnəyi istifadəyə verilmişdir. İncəsənət, dil, din, həyat, mədəniyyət və s. dərnəklər tələbələrin özünü inkişaf etdirməsi üçün ən əla imkanları təqdim edir.

Universitetdə ənənəvi olaraq Qranit Qüllə festivalı, 18 aprel marafonu, Koreya-Yonsey dostluq oyunları kimi böyük tədbirlər baş tutur.

Təqaüdlərin ən yuxarı olduğu özəl universitetlərdən biri kimi tanınan KU-də 11.5 milyard von dəyərində 245 adda institusional təqaüd mövcuddur. Təqaüdlər tələbələrə tələbə məzuniyyəti, fakültə və ixtisas uyğunluğu, maliyyə ehtiyacı, akademik göstərici, ortalama nəticə və bir çox digər meyarlara əsasən verilir.

KU universitetinin məşhur məzunlarına Cənubi Koreyanın 10-cu prezidenti, Cənubi Koreyanın baş naziri, 21 tanınmış biznesmen, 4 konqresmen, Seul şəhərinin meri də daxil olmaqla 12 siyasi xadim, 4 tanınmış ədəbiyyat xadimi, 2 dünya səviyyəli elmi dərəcəli alim, 33 aktyor, aktrisa və idol, Yay və Qış Olimpiya Oyunları qalibi olmuş 13 idmançı daxildir.

연세대학교 [Yonse dehakkyu] -Yonsei University-Yonsey Universiteti

[redaktə | mənbəni redaktə et]

SKY univerisitetləri içərisində ən qədim tarixə malik Yonsey Universitetinin əsası 1885-ci ildə qoyulmuşdur. Əsas binası Seulda yerləşən YU koreya və ingilis dilində verilən təhsilə görə geniş tələbə kütləsinə malikdir. Özəl universitet olan YU SKY universitetləri içərisində ən uzun tarixli olmaqla bərabər, həm də ən çətin tarixi yol keçən universitet olmuşdur. II DM dövründə və Koreya müharibəsi vaxtında da fəaliyyətinə qismən davam edən universitet Asiyada 23-cü, Koreyada 3-cü, Müasir Dillərin tədrisində dünya üzrə 12-ci yerə layiq görülmüşdür(2009, 2007, 2012-ci illər. YU tarixində ən yuxarı göstəricilər olduğu üçün qeyd edilmişdir) .

Universitetin dini mənsubiyyəti kimi xristianlıq əsas götürülür. Lakin universitetə qəbul olan şəxslərin dini görüşü heç bir şəkildə mühakimə edilmir. Universitetdə qeyri-xristianlara qarşı göstərilə biləcək istənilən rəftar qadağan edilmişdir. Lakin bir missionerlik universiteti olaraq , YU burada təhsil alan hər bir tələbənin həftəlik ibadət ayinlərinə qatılmasını tələb edir. “Həqiqət səni azad edəcək” ifadəsi məhz Bibliyadan götürülərək universitetin şüarına çevrilmişdir.

Universitetin simvolunda “ㅇ” və “ㅅ” Yonsey sözünün koreya dilindəki yazılışının hecalarının ilk işarələridir. “ㅇ” dairəsi tam və güclü insanı, “ㅅ” elmi mükəmməlliyi göstərir. Simvolda dairənin içində solda yer alan açıq kitab həqiqəti, sağdakı məşəl isə azadlığı simvolizə edir. İkisi bir araya gələrək universitetin şüarını tamamlayırlar.

YU-da 100-ə yaxın dərnək fəaliyyət göstərir. Bunlardan ən çox tələbəsi olan dərnəklər xaricilərlə mübadilə proqramı əsasında həyata keçirilənlərdir. “Yonsei Avropa İxtisasları” dərnəyi də bu sıradan sayıla bilər.

Cənubi Koreyada olan digər heç bir universitet arasında Yonsey və Koreya Universiteti arasında olan qədər rəqabət ruhu yoxdur. Elm, bilik, texnika, müasirlik və s. Lakin bu rəqabət sözün yaxşı mənasında o qədər böyümüşdür ki, nəhayət universitetlər idman oyunlarında yarışmaqla bağlı əməkdaşlıq etməyə başlamışlar. Bəs bu yarışlar maraqla qarşılanırmı? Belə ki, hətta 10-15 il əvvəl məzun olmuş şəxslər belə mütləq öz universitetlərinə azarkeşlik etmək üçün yarışları izləməyə gəlirlər. Keçirilən yarışlarda ən çox qalibiyyət kimdə olursa, ilin qalibi də o universitet seçilir. Bu hesabla 2012-ci ilə qədər Yonsey 18 ilin qalibi, 16 ilin isə məğlubu olmuşdur. Müəyyən aralıqlarla 8 il heç bir universitet qalib olmamış, heç-heçə razılıq əldə edilmişdir. Geridə qoyduğumuz 2017-ci ildə isə Yonsey bütün oyunlarda qalib gəlmişdir.

Yuxarıda da qeyd etdiyimiz kimi Koreyada yüksək vəzifəli şəxslərin övladlarının demək olar ki, hamısı SKY universitetlərində təhsil alırlar. Bu istər-istəməz iyerarxik Asiya ruhunu üzə çıxarır. Universitetlərdə bu cür uşaqlar, digər sadə ailələrdən gələn tələbələrlə heç cür yola gedə bilmirlər. Koreyada qəbul imtahanları vaxtı ailələrin imtahan keçirilən yerlərin qabağında xüsusi dua ayinləri üçün yer düzəltməsi bu mənada bizi təəccübləndirməməlidir. Çünki Koreyalı ailələrin 80 faizindən çoxu övladlarının SKY universitetlərində təhsil almasını istəyirlər. Hətta əksər ailələr Koreyada incəsənət sahəsinin həddindən artıq yaxşı inkişaf etməsinə baxmayaraq, övladlarının musiqi, film sahəsinə getməklərinə maneə olmağa çalışırlar. SKY-ya qəbul olmağa nail ola bilməyən uşaqların ailələri tərəfindən sıxışdırılması halı o qədər geniş vüsət almışdır ki, Cənubi Koreyada intihar səviyyəsinin ən çox məhz bu yaşda olmasına gətirib çıxartmışdır. Dövlət qurumları, eləcə də məşhur simalar dəfələrlə ailələri uşaqlara qarşı olan bu təzyiqdən çəkindirməyə çalışmışdır. Bəziləri isə bu məsələdə SKY universitetlərini günahkar hesab edir, onların ayrıseçkiliklə bağlı problemi həll etməli olduqlarını vurğulayırlar.


BTS qrupunu nümunə göstərmək olar. “N.O” mahnısında səslənən “From Seoul to the sky. 부모님은정말행복하질까?” “Seuldan səmaya(getmək). Bu həqiqətən də valideynləri xoşbəxt edir?” misrasında əslində söz oyunu oynanmış və “səma” mənasını verən “sky” sözü işlədilmişdir. Halbuki mahnını son sözlərinə qədər dinlədikdə bunun əslində “SKY” universitetləri mənasını verdiyini görmək olar. Bir çox digər məşhurlar da bu mənada valideynlərə mesajlar verməyə çalışmışlar.

Lakin hər yerdə rast gələ biləcəyimiz bu cür mənfi hallar SKY universitetlərinin dünya reytinq cədvəlində qabaqcıl yerləri tutması və həqiqətən də dövlətlərinə layiq istər siyasi, elmi, istərsə də incəsənət xadimi yaratması həqiqətini dəyişmir.

SKY üniversitetlərinə qəbul olmağa çalışan abituriyentlər və onların valideynləri ilə əlaqələri haqqında 2018-ci ildə SKY Castle adlı serial çəkilmişdir.

{{https://en.wikipedia.org/wiki/Sky_Castle https://hansamo.az/sky-universitetl%C9%99ri-v%C9%99-ya-koreyanin-%C9%99lcatmaz-s%C9%99masi/ https://www.unipage.net/ru/universities_korea}}