Cənubi Qafqaz dırmanantəlxəsi (lat. Zamenis hohenackeri) — Suilanıkimilər fəsiləsinə aid növ[2].
Cənubi Qafqaz dırmanantəlxəsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Cənubi Qafqaz dırmanantəlxəsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bildiyi üçün NT kateqoriyasına daxil edilmişdir. Nadir, azsaylı ümumi arealı daxilində az öyrənilmiş növdür.
Bədənin uzunluğu 750 mm, quyruğu bundan 4–5 dəfə qısa olan orta ölçülü ilandır. Üst tərəfdən bədən qəhvəyi-qonur, boz-qonur və ya açıq qəhvəyi rəngdə olub, bel boyu 2 sıra qəhvəyi-qonur və ya demək olar ki, qara, bəzi yerlərdə yayılan ləkələr uzanır. Bu ləkələr sırası bəzən bədənin önünə keçə bilir. Bədənin yanlarında nəzərə çarpan bir sıra tutqun ləkələr uzanır. Baş üst tərəfdən qara nöqtələrlə örtülüdür ki, bunlardan ən irisi təpə qalxancığın üzərində yerləşir. Peysər nahiyəsində 2 xarakterik tutqun ləkə var ki, bu ləkələr çəngəl şəklində birləşərək, ensiz tərəfləri irəli yönəlmiş olur. Ağızın arxa kənarındakı küncdən qara çəp zolaq keçir. Gözlərin altında çox da iri olmayan qara ləkə vardır. Üst və alt dodaq qalxancıqları sarımtıl və ya qəhvəyi rəngdədir. Qarın tərəf qonura çalan boz rəngdə olub, çoxlu sayda tutqun ləkələrlə örtülüdür. Sarımtıl və narıncı ləkəciklər bəzən bütün qarınboyu yayılmış olur.
Dünyada Kiçik Asiya, Şimali-Qərbi İran, Livan, İsraildə yayılmışdır. Azərbaycanda Biçənək, Zurnabad, Alekseyevka ətrafında, Şəmkir, Ordubad və Bozdağ ərazilərində rast gəlinmişdir. Böyük Qafqazın cənub ətəklərində, Kiçik Qafqazda, Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz rayonlarında, Lənkəran Təbii Vilayətinin meşəlik sahələrində yayılmışdır. Zaqatala rayonun Pərzivan, Şamaxı rayonunun Sis, Çuxuryurd kəndləri və Pirqulu rəsədxanası ətrafında yayılmışdır.
Dağ, dağətəyi meşəliklər, kolluqlar, tuqay meşələri, çay kənarları, qayalıqlar, daşlıqlar, bitki örtüyü az olan dağ yamacları, müxtəlif kolluqlar və s. yerlərdə rast gəlinir. Bəzən insan məskəni yaxınlığında, üzüm, bağ, bostan sahələrində, daş toplanmış sahələrdə, arx kənarı kolluqlarda da görmək mümkündür.
Cavan fərdlər xırda cücülər, yaşlı fərdlər isə müxtəlif kərtənkələ və gəmiricilərlə, bəzən isə sərçəkimilərə aid kiçik quşlarla qidalanır. İyulun ortaları ölçüləri 20 – 22 x 47 – 52 mm olan 3–7 yumurta qoyur. Yumurtadan çıxan balaların bir ildən sonra uzunluqları 245 – 295 mm olur. İnkişafı metamorfozsuz olub, düzünə gedir. Yetkinlik dövrü 3-cü ildən sonra başlanır. Düşmənləri gündüz yırtıcı quşları, kirpi, tülkü, çaqqal, yenot və s. heyvanlardır.
Ümumi sayı məlum deyil. Cənubi Qafqazda, o cümlədən Azərbaycanda bir günlük ekskursiya zamanı 1–2 fərdinə rast gəlmək olar.
Təbii və antropogen faktorlardır. Bu növ yayıldığı ərazilərdə təbii düşmənləri tərəfindən məhv edilir. Əlverişli sığınacaqların dağıdılması, insanın modifikasiya və transformasiyaedici təsiri nəticəsində onların sayı getdikcə azalır.
Nadir növ olduğu üçün Zaqatala Dövlət Təbiət Qoruğunda, həmçinin Şahdağ və Hirkan Milli Parklarında digər heyvanlar kimi qorunur.