Cənubi Vyetnam bayrağı

Cənubi Vyetnam bayrağı (vyet. Cờ vàng ba sọc đỏ) — Vyetnam Müvəqqəti Mərkəzi Hökumətinin (1948–1949), Vyetnam Dövlətinin (1949–1955) və Vyetnam Respublikasının (1955–1975) bayrağı. Bayraq düzbucaqlı sarı parçadan ibarət idi, onun mərkəzində üç üfüqi qırmızı zolaq çəkilmişdi. Sarı Vyetnamın tarixi rəngidir və yerin rəngini təmsil edir. Üç zolaq Şimali, Mərkəzi və Cənubi Vyetnam bölgələrini təmsil edir, ölkənin birliyini simvollaşdırır. Zolaqların qırmızı rəngdə olması qanı təmsil edir, ölkənin bütün tarixi boyu xalqın daimi mübarizəsini simvollaşdırır. Bayrağın dizaynı 2 iyun 1948-ci ildə Nquen Van Syuan tərəfindən təsdiq edilmişdir. Hal-hazırda bayraq Vyetnam diasporasının bir çox antikommunist üzvləri tərəfindən qədim Vyetnamın mədəni irsinin və müasir Vyetnamdakı mövcud siyasi sistemə qarşı mübarizəsinin simvolu kimi istifadə olunur.[1]

Cənubi Vyetnam bayrağı
Təfərrüatlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cənubi Vyetnam bayrağı.
  1. "The 'other' Vietnamese Flag". 2011-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-20. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)