Cənubi Xəzərin statistik parametirləri - Cənubi Xəzərin ümumi su dövranını cənub və şimal axın istiqamətləri təyin edir.Tədqiqat nöqtəsi 37°35′ cənub sahilindən 11,5 km qərb sahilindən 31,5 km məsafədədir.Dərinlik 50 metrdir.Səthdə axının maksimal sürəti 43 sm/san,orta sürəti 21,6 sm/san, 10,20,45,50 metr dərinliklərdə isə uyğun olaraq maksimal sürəti 21,32,31 sm/san, orta sürəti 10,1;14,4 və 13,8 sm/san olmuşdur.Səhtdə axının orta sürətinin belə yüksək olma sı birbaşa küləklə əlaqəlidir.Bütün dərinlikdə axın istiqamətinin 8 rumb üzrə təkrarlanması və səthdə axın istiqamətinin 64% Ş,CŞ, və C, 21%-i Ş,ŞmŞ, 15%-i isə Q,CQ və ŞmQ olduğu aşkarlanmışdır.10,20,45,50 m dərinlikdə həmin rumblar üzrə təkrarlanmalar isə uyğun olaraq aşağadakı kimi olmuşdur. 80,5; 15,3 və 4,2% 80,12 və 8%, 83;8,5 və 8,5%.