Cəsəd (film, 2012)

Cəsəd (isp. El cuerpo) – 2012-ci ildə çəkilmiş triller janrında ispan filmidir.

Cəsəd
isp. El cuerpo
Janr sirli, triller
Rejissor Oriol Paulo
Baş rolda
Bəstəkar Sergio Moure de Oteyza
Distribütor Sony Pictures, Sony Pictures Releasing[d]
İlk baxış tarixi 4 oktyabr 2012[1]
Müddət 107 dəqiqə
Büdcə 5.000.000 €[2]
Ölkə Şablon:İspaniya
Dil ispanca
İl 2012
Rəng rəngli
Çəkiliş yeri Terrassa
IMDb ID1937149

Məzmunu[redaktə | mənbəni redaktə et]

Müfəttiş Xayme Peña Anxel Torresin komaya girməsinə səbəb olan qəzanı araşdırır. Anxel Torres morqda gecə gözətçisi işləyir. Kamera görüntüləri Anxeli avtomobil vurmamışdan əvvəl morqdan qorxaraq qaçdığını göstərir. Peñaya məlumat verilir ki, Mayka Villaverde adlı qadının cəsədi də morqdan yoxa çıxıb.

Orta yaşlı, varlı iş qadını olan Mayka Villaverde özündən yaşca kiçik Alex Ulloa ilə evlidir. O, işgüzar səfərdən qayıdandan sonra infarkt keçirib. Əri onun şərabına “TH-16” zəhərini qatıb. Bu zəhər öz təsirini 8 saatdan sonra göstərir, heç bir iz buraxmadan. Álex Ulloa gənc məşuqəsi Karla Millerlə birlikdə olarkən arvadının cəsədinin yoxa çıxmasını eşidir. Alex Karlanı Maykanın öldüyünə inandırır.

Alex sorğuya cəlb olunur. Alex Maykanın xəstəlik tarixi haqqında danışır. Peña Alexin cəsədi oğurladığına əmindir. Çünki cəsəd ekspertiziyaya verilərsə, zəhərlənmə faktı ortaya çıxa bilər.

Álex bəzi səslər eşidir. İçəridə o, “TH-16” etiketli (Maykanı zəhərlədiyi) kiçik bir şüşə tapır. Peña ona Maykanın mobil telefonunun itdiyini bildirir. Müfəttiş Alexin üzərini axtarır və həmin şüşəni tapır. O, bunun Maykanın əczaçılıq şirkəti tərəfindən istehsal edilən bir zəhər olduğunu etiraf edir, onu yerdə tapdığını və bunun nə olduğunu bilmədiyini deyir.

Morqda Alex və Karlanı dəhşətə gətirən daha çox hadisələr baş verir. Aleksi Maykanın hələ də sağ olduğuna, məşuqəsi ilə münasibətini və qətl planına görə qisas almaq istədiyinə inanır. Maykanın onun münasibətindən şübhələndiyi üçün şəxsi detektiv tutduğunu və onu öldürmək planını eşitdiyini öyrənir. Álex Penaya hər şeyi etiraf edir, Mayka ilə tanış olma hekayəsindən danışır, onunla Kaliforniyanın Avalon şəhərində tanış olduğunu söyləyir. Karla ilə də təsadüfən tanış olub, lakin ona aşiq olub və ona ən qaranlıq sirlərini söyləyib. O, Maykanı öldürdüyünü də etiraf edir. Maykanın sağ olduğunu düşünən Alex Maykanın bütün orqanların fəaliyyətini dayandıran bir dərman içdiyini və beləcə sağ olduğunu deyir.

Polis Álex və Maykanın evində morqun xəritəsini aşkarlayır. Anxel komadan oyanır. O, səs-küy eşitdikdən sonra Maykanın cəsədini liftdə görüb və ona kimsə atəş açıb. Alex Karlanın təhlükədə olduğunu israr edir. Peña ona Karla Millerin varlığına dair heç bir dəlillərinin olmadığını və Karlanın yaşadığı ünvanın illərdir boş olduğunu bildirir.

Polis meşədə bir cəsəd tapır. Álex onun Karla olmasından qorxur, amma cəsəd Mayka məxsusdur. Álex qaçmağa çalışır və Peña onun arxasınca qaçır. Álex yıxılır və təcili yardıma ehtiyacı olduğunu deyir. Peña ona həyat yoldaşının ölümü ilə nəticələnən avtomobil qəzası və onun öldürüldüyünü danışır, çünki sürücü hadisə yerindən qaçmaq əvəzinə köməyə çağırsaydı, onun həyatını xilas etmək olardı. Penya və onun 10 yaşlı qızı Eva çarəsiz halda həyət yoldaşının ölümünü izləyirlər. Eva avtomobilin arxa görünüş şüşəsindən asılan brelokdakı loqonu xatırlayıb: Avalon, Kaliforniya. Hadisə yerindən qaçan və Rutu ölümə tərk edən Alex və Mayka idi.

Peña daha sonra Alexə qızı Evanın şəklini göstərir, onun Karla Miller olmadığını, bütün bunların ikisinin planı olduğunu deyir. Álex səkkiz saat əvvəl Evanın ona “TH-16” zəhərini içkisinə qatdığını və onun da sonunun Mayka kimi olacağını öyrənir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • https://www.imdb.com/title/tt1937149/ (#bare_url_missing_title). İstifadə tarixi: 25 dekabr 2021.
  1. Freebase Data Dumps. Google.
  2. https://www.20minutos.es/noticia/1608594/0/el-cuerpo/oriol-paulo/festival-sitges/?autoref=true.