Cəsəd ferması

Cəsəd ferması çürümənin (insan vücudunun çürüməsinin) müxtəlif parametrlərdə öyrənilə biləcəyi tədqiqat ərazisidir. Bu ərazilər 1972-ci ildə Viliam Bas adlı antropologist tərəfindən insan vücudunun cürümə prosesi haqqında nə qədər az məlumata sahib olunduğunu görəndən sonra ixtira edilmişdir. Bundan əvvəl 1970-ci illərdə hələ də çürümə prosesinin öyrənilməsində donuzlar istifadə edilirdi.[1] Məqsəd çürümə prosesinin daha yaxşı başa düşülməsi, insan qalıqlarından ölümün necə və nə vaxt baş verdiyi kimi informasiyaları əldə etmək üçün olan texnikaların inkişafına zəmin yaratmaqdır. Cəsəd ferması tədqiqatı ədli antropologiya və əlaqəli sahələrdə maraq doğurur və hüquq-mühafizə və ədli tibb sahələrində tədbiq edilir. Cəsədləri işçilərin qarşısına çıxacaq şəkildə yerləşdirmək tədqiqatçıların çürümə prosesini daha yaxşı anlamalarına şərait yaradır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "İnsan çürüməsinin elmi". 2019-08-23 tarixində arxivləşdirilib.