Cəsur yeni dünya — ingilis yazıçı Oldos Hakslinin antiutopiya janrında yazdığı romanı.
İkinci dünya müharibəsindən öncə çıxan bu romanı Oldos Hakslinin şah əsəri sayıla bilər. Müəllifə görə bu roman gələcək haqqında kəhanətdən ibarətdir. O, roman çap olunduqdan sonra verdiyi bir müsahibədə əsərin utopiya, yoxsa distopiya olduğuna qərar vermədiyini deyirdi. Lakin vəfatından bir neçə il əvvəl yazdığı "Cəsur yeni dünyaya səyahət" adlı kitabında 20 il əvvəl etdiyi səhvləri düzəldirdi. Haksli yazdığı distopiyaya utopiya yazan tək müəllifdir.
Antik yunan mifologiyası, Polineziya antropologiyası, sanskritcə və çincə buddist mətnləri, bitki və dərman haqqında yüzlərlə elmi araşdırma, neyrofiziologiya, psixologiya. Absurd olan qədim və yeni nə kitab varsa, şeir və ədəbiyyat, tənqidlər, politoloji şərhlər və minlərlə müsahibələr… Haksli "Cəsur yeni dünya"nı və "Ada"nı bütün bunlardan topladığını deyir.
Müəllifin əsərin finalı haqqında sonradan etdiyi düzəlişsə diqqətə layiqdir.
"Şübhəsiz "Cəsur yeni dünya"da da bir çox yanlışlar var. Ancaq bunları düzəltmək üçün yenidən yazmalı olsam (yaşımın verdiyi təcrübə ilə əlaqədar) kitab tamamilə başqa istiqamətdə gedəcək. Lakin bunlardan birini, əsərdəki ən ciddi yanlışı qeyd etməliyəm. Baş qəhramana sadəcə iki şans tanınır, ya Utopiyada hedonist bir həyat, ya da hindu kəndində ibtidai bir həyat. Əsəri yazdığım vaxtlarda bu iki seçim mənə çox əyləncəli gəlirdi. Lakin romanı indi yazmış olsaydım Vəhşiyə üçüncü bir şans verərdim. Utopiyadan qaçaraq hinduların sərhəd bölgələrində yaşayan bir topluma qoşular və onlarla yaşayardı".
Kitab "Başla kitab" layihəsi tərəfindən çıxıb. Kitabın tərcüməçisi Ülviyyə Mütəllimovadır.