CFP Franqı (Fransıcza: franc pacifique; ISO 4217: XPF) və ya sadəcə frank (franc). Fransa dənizaşırı kollektivliklərinə aid olan Fransa Polineziyası, Yeni Kaledoniya və Uollis və Futunada istifadə edilən rəsmi milli valyuta.
İlk öncələr CFP qısaltması Colonies Françaises du Pacifique sözlərinin baş həriflərinin qısaltması idi və qısaltmanın açması "Sakit Okean Fransız Koloniləri" demək idi. Daha sonralar isə mövcud olan CFP qısaltması, müvafiq olaraq öncə Communauté Financière du Pacifique (yəni "Sakit Okean Maliyə Cəmiyyəti" və sonra isə Comptoirs Français du Pacifique (yəni "Sakit Okean Fransız Eksçeinci") olaraq dəyişdirildi.
ISO 4217 valyuta kodu XPF-dir. Avro ilə XPF = 0,00838 avro nisbətinə görə sabitlənmişdir. CFP Franqı Institut d'émission d'Outre-Mer tərəfində buraxılır.
26 fevral 2022-ci ildə qüvvəyə minən 15 sentyabr 2021-ci il tarixli sərəncam, CFP frank adını "Sakit Okeanın Fransız icmalarının frankı" kimi müəyyən edir.[1].
Vahid | Ön hissəsi | Arxa hissəsi |
---|---|---|
1 CFP Franqı | ||
2 CFP Franqı | ||
5 CFP Franqı | ||
10 CFP Franqı | ||
20 CFP Franqı | ||
50 CFP Franqı | ||
100 CFP Franqı |