CMYK – poliqrafiyada rəngli çap üçün istifadə olunan subtraktiv rəng modelidir. Çap olunan bütün rəng çalarları dörd əsas rəngin üst-üstə çap olunması nəticəsində alınır. Bu əsas rənglər mavi, çəhrayı, sarı və qaradır. Mətbəə işçiləri bu rənglərə çox vaxt sadəcə göy, qırmızı, sarı və qara deyir.
CMYK abbreviaturası ingiliscə 3 rəng adının (Cyan, Magenta, Yellow) baş hərflərindən və K (Key color) hərfindən ibarətdir. K hərfinin mənşəyi barəsində bir neçə fikir var. Bir versiyaya görə qaranı (Black) B hərfi ilə ona görə işarələmədilər ki göy rənglə (Blue) səhv düşməsin. Digər versiyaya əsasən, ən sonda çap olunan qara rəng üçün nəzərdə tutulmuş çap forması ingilisdilli ölkələrdə key plate termini ilə adlandırılır. Başqa bir versiya isə K hərfinin almanmənşəli olduğunu bildirir. K – Kontur. Bu versiyanı təsdiq edən odur ki köhnə mətbəəçilər qara rəngin plyonkasını məhz kontur adlandırırlar.
CMYK abbreviaturasını Azərbaycanda və eləcə də MDB ölkələrinin bir çoxunda adətən "smik", "smayk", "smuk" kimi tələffüz edirlər, odur ki "Si-Em-Uay-Key" kimi tələffüz etmək daha düzgün olardı. Ümilikdə isə bu abreviatur "semaykey" olaraq tələffüz olunur.[1]
Kağızın və digər çap materiallarının səthi işığı əks edir, şüalandırmır. Buna görə, poliqrafiyada əks olunan işığın miqdarını hesablamaq, udulan işığın miqdarının hesablanması ilə müqaisədə daha rahatdır. Ağ işıqdan ayrı-ayrılıqda qırmızı, yaşıl və ya göy rəngi (RGB) çıxsaq müvafiq olaraq mavi, çəhrayı və sarı rənglərini (CMY) alarıq. Yəni monitorda gördüyümüz ağ rəng üç əsas RGB rənginin cəmidirsə, kağızda ağ rəng – CMY rənglərinin olmamasıdır. Buna görə CMYK modelinə subtraktiv rəng modeli deyirlər, yəni çıxma nəticəsində alınan rəng modeli. İngiliscə "subtract" – cıxma deməkdir.
Bəs əlavə qara rəng nə üçün lazımdır? Əsas səbəblər bunlardır: