CROBEX

CROBEXZaqreb fond birjasına əsaslanan Xorvatiyanln əsas fond indeksi. 2017-ci ildə indeksə 25 şirkət daxil idi. Hər bir elementin çəkisi onun kapitallaşdırılmasına əsasən müəyyən edilir, lakin 20%-dən çox ola bilməz.

Tarixi[redaktə | mənbəni redaktə et]

İndeks 1 sentyabr 1997-ci ildən hesablanmağa başlandı, lakin 1000 bal baza dəyəri kimi birjanın 1 İyul 1997-ci ildə olan vəziyyəti qəbul olunub. 4500 baldan ibarət olan ən yüksək həddə 2007-ci ilin aprel ayında çatmışdır.

Komponentləri[redaktə | mənbəni redaktə et]

13 aprel 2017-ci il tarixinə olan indeks komponentləri[1]:

Şirkət Kodu Sahəsi Çəkisi
AD Plastik ADPL-R-A avtomobil sənayesi 3,47
Adris grupa ADRS-P-A tütün sənayesi 10,58
Arena Hospitality ARNT-R-A otel biznesi 2,82
Atlantic grupa ATGR-R-A gündəlik tələbat malları 8,75
Atlantska plovidba ATPL-R-A nəqliyyat 3,55
Belje BLJE-R-A qida sənayesi 0,26
Dalekovod DLKV-R-A elektrotexnika 1,63
"Curo Cakoviç" Holdingi DDJH-R-A metallurgiya 0,85
Ericsson Nikola Tesla ERNT-R-A telekommunikasiya 7,48
Hrvatski Telekom HT-R-A telekommunikasiya 10,71
INGRA INGR-R-A inşaat 0,35
Končar elektroindustrija KOEI-R-A nəqliyyat maşınqayırması 10,32
Kraš KRAS-R-A qida sənayesi 2,30
Ledo LEDO-R-A qida sənayesi 3,80
Luka Ploče LKPC-R-A yük daşınması 1,18
Maistra MAIS-R-A otel biznesi 2,54
Optima Telekom OPTE-R-A telekommunikasiya 0,72
Petrokemija PTKM-R-A kimya sənayesi 0,29
Podravka PODR-R-A qida sənayesi 9,84
Riviera Adria RIVP-R-A otel biznesi 11,64
Uljanik Plovidba ULPL-R-A nəqliyyat 0,73
Viadukt VDKT-R-A nəqliyyat 0,24
Vupik VPIK-R-A kənd təsərrüfatı 0,11
Zagrebačka banka ZABA-R-A maliyyə 5,38
Zagrebačka burza ZB-R-A maliyyə 0,46

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Indeks CROBEX - Sastav". 2017-04-13. 2017-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-14.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]