Cabbar bəy Sultanov

Sultanov Cabbar bəy İldırım bəy oğlu — həkim.

Cabbar bəy Sultanov
Cabbar bəy İldırım bəy oğlu Sultanov
Digər adı Cabbar İldırım
Doğum tarixi
Doğum yeri Qubadlı, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Fəaliyyəti həkim

Həyatı[redaktə | mənbəni redaktə et]

Cabbar bəy Sultanov 1885-ci ildə Zəngəzur qəzasının Qubadlı kəndində doğulmuşdu. İbtidai məktəbi doğma kəndlərində oxumuşdu. Sonra gimnaziyada təhsilini davam etdirmişdi. Orta təhsilini bitirib Sankt-Peterburq Hərbi Tibb Akademiyasına qəbul olmuşdu. 1912-ci ildə akademiyanı tamamlamışdı. 1912-1918-ci illərdə 84-cü piyada alayın Kuşkimski lazeretində çalışmışdı. Sonra Azərbaycan Respublikasının diviziya həkimi, Azərbaycan SSR Səhiyyə Komissarlığının hərbi sanitar idarəsinin rəisi işləmişdir. 1921-ci ildə inqilabçı həkim M.N.Qədirli səhiyyə komissarlığının kollegiyasında dəyişiklik etmişdir. Kollegiyanın sədri M.N. Qədirli, üzvləri isə Cabbar bəy Sultanov, Tağı Abbas oğlu Şahbazi, Poltoratski təyin olunmuşlar.

M.İsrafilbəyov (Qədirli), T. Şahbazi, C.Sultanov, E. Neyştodt, M.Qayıbov, D.Uriusov, A.Kazımov Qırmızı Aypara Cəmiyyətinin təşkili işində gənc Azərbaycan respublikası dövründə böyük aktivlik və fəaliyyət göstərmişlər. Cabbar bəy Sultanov dosent vəzifəsində Moskva və Kislovodskidə də çalışmışdır. Alim-həkim Cabbar İldırım oğlunun bir sıra çap olunmuş əsərləri vardır. Onlardan biri də 1924-cü ildə Bakıda, Ali Siyasi Maarif İdarəsinin mətbəəsində çap olunmuş "Azərbaycanda malyariya və onunla mübarizə tədbirləri" kitabıdır. Kitab 48 səhifədir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]