Cahan Pen MMC

Cahan Pen MMC — Azərbaycanda 1995-ci ildə qurulmuş məhdud məsuliyyətli cəmiyyət. Cahan Pen məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyət göstərdiyi sahələr bunlardır: plastik boru və əlavə hissələri, qapı - pəncərə sistemləri, saydinq fasad örtükləri, radiator və dam örtüyü sistemlərinin istehsalı. Şirkət 2017-ci ildə Naxçıvanda yaradılan 8400 m² qapalı sahədə illik 10000 ton plastik, 120000 paqon metr panel radiator və 60000 paqon metr alüminium radiator istehsal gücünə malikdir. Beynəlxalq səviyyədə məhsulları ilə bazara “Magna” markası adı altında məhsul təqdim edir.[1]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-17.