Cahangir Məmmədov

Məmmədov Cahangir Rza oğlu — fəlsəfə elmləri doktoru, professor.

Cahangir Məmmədov
Cahangir Rza oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Yenikənd, Gədəbəy rayonu, Azərbaycan SSR
Elmi dərəcələri fəlsəfə elmləri doktoru, professor
Elmi adı professor

Cahangir Məmmədov 1940-cı ildə Gədəbəyin Yenikənd kəndində anadan olmuşdur. Atası Rza kişi uşaqlarından hər birinin rus dilini bilməsini çox arzulayır, «çox dil bilənin çox da dostu olar» deyirdi. Buna görə də 1949-cu ildə oğlu Cahangiri Yeni Saratovka kənd orta məktəbinə qoydu. Cahangir çox tezliklə rus dilini öyrəndi və seçilən şagirdlərdən biri oldu. 1959-cu ildə orta təhsilini müvəffəqiyyətlə başa vurub, sənədlərini M.Axundov adına APİ-nin rus dili və ədəbiyyatı fakültəsinə verdi və heç bir çətinlik çəkmədən qəbul olundu.

1964-cü ildə ali təhsilini başa vurub Yeni Saratovka kəndində müəllim və direktor müavini işlədi. Elə buradan da hərbi xidmətə getdi. Vətən qarşısında borcunu verib, 1968-ci ildə bir vaxt təhsil aldığı instituta qayıtdı. Fəlsəfə kafedrasında baş laborant kimi işləməyə başladı. Leninqrad Dövlət Universitetilə əlaqə yaratdı, professor A.Novikovun rəhbərliyi ilə namizədlik dissertasiyası üzərində çalışdı. 1979-cu ildə müdafiə edib, fəlsəfə elmləri namizədi oldu.

Kafedraya işə düzələn gündən Cahangirin istedadı və təşkilatçılığı hamının diqqətini özünə cəlb etmişdi. Ona görə də tezliklə müəllim keçirildi. Sonra baş müəllim, daha sonra dosent oldu. Eyni zamanda rus dili və ədəbiyyatı fakültəsinin dekan müavini işlədi. Elmi yaradıcılığının nəticəsi olan «Mənəvi həyatın beynəlmiləlləşməsi, Tarix və müasirlik» adlı monoqrafiyasını nəşr etdirdi. Leninqradda, Moskvada, Bakıda çoxsaylı məqalələri dərc olundu. Bu sıradan «Fəlsəfə, siyasət, mədəniyyət», «Fəlsəfənin sosial vəzifələri», «Mədəni-tarixi prosesdə din və azadfikirlilik» və s. göstərmək olar.

O, Gədəbəydən Bakıya böyük arzularla gəlmişdi. Arzularına çatmaq üçün var-qüvvə ilə çalışırdı. 1985-ci ildən Leninqrad Dövlət Universitetinə yenidən get-gəli başladı. Uzaq yollar, çətinliklər onu yormadı. 1989-cu ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi. Məmmədov Cahangir Rza oğlu növbəti məzuniyyətində doğma Yenikəndə fəlsəfə elmləri doktoru kimi gəldi. Onun keçmiş İttifaqda bir sıra tanınmış alimlərlə, o cümlədən akademik A.Fedoseyev, Q.Vornsov və B. Jemelyanovla sıx elmi əlaqəsi yarandı. Ən yaxın dostu və təəssübkeşi isə professor Yusif Rüstəmov olmuşdur. Böyük alim və xeyirxah insan olan Yusif Rüstəmov Cahangir müəllimin yetişməsində xüsusi rol oynamışdır. 1989-cu ildə M.F.Axundov adına APİ-də Politologiya kafedrasının yaradılması təşəbbüsünü də Yusif müəllim irəli sürmüşdür. Bu yeni kafedrada ilk müdir Cahangir Məmmədov seçildi. Bu, onun üçün həyatda yeni bir yüksəliş mərhələsi oldu.

  • 1.Политический портрет Гeйдара Алиева //Материалы научной конференции по­свя­щен­ной 80-летию Г.Алиева. Баку, 2003
  • 2. Восток и Запад: синтез культур и цивилизаций // Апoлогия русской философии Сб. статей к 70-летию профессора Е.В.Емелянова. Екатеринбург, 2007
  • 3.Аристотель - прославленный ученик Платона // Труды международной научной конференции. «Научно-технический прогресс и современная авиация» посвященной 75- лeтию академика А.М.Пашаева. Том II, Баку, 2009.
  • 4. Платон – ученик Сократа величайший мыслитель античности // Научные труды Национальной Академии Авиации. № 2(2), посвешенные 75 – летию Академика Ариф Шафаят оглы Мехтиева. Баку, 2009.