Qurbanov Cahangir Qafar oğlu (17 sentyabr 1976, Sumqayıt) — Azərbaycan müğənnisi.
Cahangir Qurbanov | |
---|---|
Cahangir Qafar oğlu Qurbanov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Cahangir Qurbanov 1976-cı 17 sentyabrda Sumqayıt şəhərində anadan olub. Naxçıvan Muxtar Respublikasında böyüyüb, burada 3 N-li orta məktəbdə orta təhsilini başa vurduqdan sonra Naxçıvan Dövlət Universitetinin Hərbi fiziki təlim fakültəsinə daxil olub. 1998-ci ildə ali təhsil aldıqdan sonra Bakı şəhərinə köçüb. Bir neçə beynəlxalq festivalın qalibi və qranpri mükafatçısıdır. 2009–2010-cu illərdə ATV telekanalında "Yeni Ulduz" tele-yarışmasının qalibi olub.[1] 2012-ci ildə Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olub (professor Hüseyin Əliyevin sinfinə). 2013-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Aparıcı solist-vokalçı kimi teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Sevil"də Atakişi, "Toska"da Anjelotti, "L'elisir D'amore" Belkore, "Pagliacci" Silvio və s. Azərbaycan Respulikası DİN-yi DQ-nin nümunəvi göstərici orkestrinin dirijorudur.
Ailəlidir, bir övladı var.