Cam haqqında dua (Gefsimaniya duası) — İncildə təsvir olunan İsa Məsihin Gefsimaniya bağında etdiyi dua. Xristian ilahiyyatçıların nöqteyi-nəzərindən, dua İsanın iki iradəsi sahib olduğunun ifadəsidir: ilahi və insan.
Cam haqqında dua Yuhənnadan başqa yevangelistlərin hamısı tərəfindən təsvir olunub.
İncil | Mətn |
---|---|
Mətta (26:36–46) | Sonra İsa şagirdləri ilə birlikdə Getsemani adlanan yerə gəldi+ və onlara dedi: "Siz burada oturun, mən isə gedim dua edim". İsa Butrusu və Zəbədinin iki oğlunu özü ilə götürdü. O, bərk kədərləndi, dərin iztirab keçirdi. Sonra onlara dedi: "Kədərim hədsizdir, dözülməzdir. Siz burada durun, mənimlə birgə oyaq qalın". Özü isə bir az irəli gedib üzüstə yerə qapandı və dua etməyə başladı: "Ata, əgər mümkünsə, bu camı məndən kənar et, fəqət qoy mən istəyən kimi yox, Sən istəyən kimi olsun". İsa şagirdlərinin yanına qayıdanda gördü ki, onlar yatıblar. O, Butrusa dedi: "Məgər mənimlə bircə saat da oyaq qala bilməzdiniz? Sayıq olun və daima dua edin ki, günaha yol verməyəsiniz. Bəli, ruh şövqlü, cisim isə zəifdir". İsa təzədən onlardan uzaqlaşıb dua etməyə başladı: "Ata, əgər bu camdan içməməyim, onun məndən yan keçməsi mümkün deyilsə, qoy Sən istəyən kimi olsun". Şagirdlərin isə gözləri bağlanırdı. İsa qayıdanda gördü ki, onlar yatırlar. İsa yenə onları qoyub uzaqlaşdı, üçüncü dəfə də eyni sözlərlə dua etdi. Sonra o, şagirdlərinin yanına gəlib dedi: "Belə bir vaxtda siz yatıb dincəlirsiniz?! İnsan Oğlunun günahlıların əlinə veriləcəyi saat yetişdi. Durun gedək. Xain yaxınlaşır". |
Mark (14:33–42) | İsa Butrusu, Yaqubu və Yəhyanı özü ilə götürdü. Sonra o, güclü təlaş və dərin iztirab keçirdi. O, şagirdlərə dedi: "Kədərim hədsizdir, dözülməzdir. Siz burada durun, oyaq qalın". İsa bir az irəli gedib yerə qapandı və: "Əgər mümkünsə, qoy bu sınaq məndən yan keçsin", — deyə dua etməyə başladı. Sonra əlavə etdi: "Atacan, Ata, Sənin üçün hər şey mümkündür. Bu camı məndən uzaqlaşdır, fəqət qoy mənim istədiyim kimi yox, Sənin istədiyin kimi olsun". İsa qayıdanda gördü ki, onlar yatırlar və Butrusa dedi: "Şimon, sən yatırsan? Bircə saat da oyaq qalmağa gücün çatmadı? Sayıq olun və daima dua edin ki, günaha yol verməyəsiniz. Bəli, ruh şövqlü, cisim isə zəifdir". Bundan sonra İsa yenidən uzaqlaşıb eyni sözlərlə dua etdi. Şagirdlərin isə yuxudan gözləri bağlanırdı. İsa təkrarən qayıdanda gördü ki, onlar yenə yatıblar. Onlar bilmədilər İsaya nə cavab versinlər. İsa üçüncü dəfə qayıdanda onlara dedi: "Belə bir vaxtda siz yatıb dincəlirsiniz?! Yetər! Vaxt yetişdi! İnsan Oğlu günahlıların əlinə verilir. Durun gedək. Xain yaxınlaşır". |
Luka (22:40–46) | Ora çatanda İsa onlara dedi: "Dua edin ki, günaha yol verməyəsiniz". Özü isə onlardan bir qədər aralandı, diz çöküb dua etməyə başladı: "Ata, əgər istəyirsənsə, bu camı məndən uzaqlaşdır, fəqət qoy mənim yox, Sənin istədiyin kimi olsun". Bu zaman göydən bir mələk peyda olub onu ürəkləndirdi. İsa şiddətli iztirab çəkərək daha da hərarətlə dua edirdi+ və təri qan damlaları kimi yerə düşürdü. İsa duasını qurtarıb ayağa qalxdı, şagirdlərinin yanına qayıtdı və gördü ki, onlar kədərdən üzülüb yuxuya gediblər. İsa onlara dedi: "Niyə yatırsınız? Qalxın və durmadan dua edin ki, günaha yol verməyəsiniz". |