Camal Feyziyev

Camal Cəlal oğlu Feyziyev (17 iyun 2000; Lənkəran, Bakı) — Azərbaycanı təmsil edən güləşçi. Uşaq yaşlarından Yunan-Roma güləşi üzrə məşqçi Akif Əliyevin yanında məşqlərə başlayan Camal Feyziyev 2015-ci ildə Serbiyanın Subotitsa şəhərində yeniyetmələrin Avropa birincliyində 100 kq çəki dərəcəsində 1-ci yeri tutub. 2016-cı ildən idman növünü dəyişib Sumoya keçərək yeniyetmələr, gənclər və böyüklər arasında Avropa çempionatlarında 4 dəst medal qazanıb. Paralel olaraq, kəmər güləşi və mas-reslinqdə gücünü sınayıb.

Camal Feyziyev

Adı son çəkilən idman növü üzrə Avropa çempionatında (Bakı, Azərbaycan) 2-ci, Dünya çempionatında (Ər-Riyad, Səudiyyə Ərəbistan) 3-cü yerlər tutub və dünya kubokunda (Pabyanitsa, Polşa) gümüş mükafata yiyələnib.

Kəmər güləşində dünya çempionatında 1 dəst medala sahiblənib. 2019-cu ildə Tatarıstanın paytaxtı Kazanda klassik kəmər güləşində 2, mütləq çəkidə 3 yer, həmin ilin sonunda Qazaxıstanın paytaxtı Nur-Sultanda sərbəst üsulla kəmər güləşində baş mükafatı qazanıb.

2020-ci ildə, Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.

2021-ci ildə, Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan idmançısı Camal Feyziyev iki idman növündə medal qazanıb. İdmançı əvvəlcə Kureş yarışında çıxış edib. O, mütləq çəkidə qızıl medala sahib olub. Növbəti yarışda isə, Feyziyev cüdo üzrə 100 kq-dan yuxarı çəkidə bürünc medal qazanıb.

Camal Feyziyev beynəlxalq arenada medallarını artırmağa davam edir. 2022-ci ildə Polşada sumo güləşi üzrə Avropa çempionatı keçirilib. 23 yaşadək idmançılar arasında 115 kq+ çəki dərəcəsində Avropa çempionu adı qazanan sözü gedən güləşçi Polşada keçirilən Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla tamamlayıb.

Camal Cəlal oğlu Feyziyev — Azərbaycanı təmsil edən güləşçi

Həyatı[redaktə | mənbəni redaktə et]

Camal Feyziyev Cəlal Oğlu 17 iyun 2000-ci ildə Lənkəran rayonu Kənarmeşə kəndində anadan olub. Uşaq yaşlarından Yunan-Roma güləşi üzrə məşqçi Akif Əliyevin yanında məşqlərə başlayan Camal Feyziyev 2006-cı ildə Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində Rasim Sadıqov adına 136 nömreli tam orta məktəbdə təhsil alıb. 2017-ci ildə həmin məktəbdən məzun olub. 2017-ci ildə Azərbaycan Respublikasının Perzidentinin qərarı ilə Avropa Dünya Çempionu olduğuna göre 2017–2021-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alıb.

Uğurları[redaktə | mənbəni redaktə et]

İL ŞƏHƏR (ÖLKƏ) YAŞ KATEQORİYASI İDMAN NÖVÜ ÇƏKİ MEDALIN ƏYARI
DÜNYA ÇEMPİONATLARI
2019 Nur-Sultan (Qazaxıstan) Böyüklər Kəmər güləşi 100+ kg Qızıl medal
2021 Kazan (Rusiya) Böyüklər Kəmər güləşi 100+ kg Qızıl medal
2022 Namanqan (Özbəkistan) Böyüklər Kəmər güləşi 100+ kg Bürünc medal
2023 Minger (Tatarıstan) Böyüklər Qumda kəmər güləşi 130+ kg Qızıl medal
2023 Minger (Tatarıstan) Böyüklər Kəmər güləşi 130+ kg Qızıl medal
2023 Minger (Tatarıstan) Böyüklər Kəmər güləşi 130+ kg Gümüş medal
DÜNYA KUBOKLARI
2019 Nijni-novqorod (Rusiya) Böyüklər Sumo 100+ kg Qızıl medal
2022 Berlin (Almaniya) Böyüklər Sumo 100+ kg Bürünc medal
2022 Kazan (Rusiya) Böyüklər Sumo Open Qızıl medal
AVROPA ÇEMPİONATLARI
2015 Subotitsa (Serbiya) Yeniyetmələr Yunan-roma 100+ kg Qızıl medal
2016 Brandenburq (Almanya) Yeniyetmələr Sumo 90+ kg Qızıl medal
2017 Tbilisi (Gürcüstan) Yeniyetmələr Sumo 90+ kg Qızıl medal
2018 Plovdiv (Bolqaristan) Yeniyetmələr Sumo 100+ kg Qızıl medal
2019 Tallin (Estoniya) Gənclər Sumo 100+ kg Qızıl medal
2020 Porec (Xorvatia) U23 kişilər Cüdo 100+ kg Bürünc medal
2021 Kazan (Rusiya) U23 kişilər Sumo 110+ kg Qızıl medal
2022 Krotyoszyn (Polşa) U23 kişilər Sumo 115+ kg Qızıl medal
2023 Kielce (Polşa) U23 kişilər Sumo 115+ kg Qızıl medal
2023 Kielce (Polşa) U23 kişilər Sumo Mütləq çəki Qızıl medal
AVROPA KUBOKU
2018 Tbilisi (Gürcüstan) Yeniyetmələr Cüdo 100+ kg Bürünc medal
2023 Hungary, Erd Böyüklər Sumo 100+ kg Qızıl medal
2023 Estonia, Vinni Böyüklər Sumo 100+ kg Qızıl medal
Rustam Minniahov adına Prezident Kuboku
2023 Bolqar, Rusiya Böyüklər Kəmər güləşi 100+ kg Qızıl medal
DÜNYA OYUNLARI
2022 Bursa (Türkiyə) Böyüklər Kəmər güləşi 100+ kg Qızıl medal

Mənbələr[redaktə | mənbəni redaktə et]

Mediamax.az (İdmançımız sumoda Avropa çempionu oldu – EKSKLÜZİV)

Mediamax.az (Camal Feyziyev beynəlxalq arenada medallarını artırmağa davam edir.)

Camal Feyziyevin rəsmi instagram səhifəsi

"Mediamax.az"ın rəsmi instagram səhifəsi