CamelCase

CamelCase

CamelCase (Dəvə registri, Dəvə üslubu) — bir neçə sözdən ibarət ifadənin hər bir sözünün baş hərflə yazılmaqla bitişik yazılış üslubu. İfadənin daxilindəki baş hərflər dəvə hörgücünü xatırlatdığından belə üslub CamelCase adını alıb. CamelCase yazılışına örnəklər: BackColor, backColor, CamelCase. CamelCase proqramlaşdırma dillərində geniş istifadə olunur:

  • Java dilində sinifləri adlandırmaq üçün UpperCamelCase, siniflərin nüsxələrini və metodları adlandırmaq üçün isə lowerCamelCase yazılışı tətbiq olunur.
  • Microsoft.NET-də sinifləri və metodları adlandırmaq üçün принято использовать UpperCamelCase yazılışı tətbiq olunur.

Layihənin ölçüsü çox da böyük olmadıqda proqramın kodunda CamelCase üslubundan istifadə olunması proqramçının şəxsi zövqü ilə müəyyən olunur. Böyük layihələrdə isə, adətən, layihənin bütün iştirakçıları üçün adların (dəyişənlərin, funksiyaların, konstantların və s.) yaradılması qaydalarını müəyyənləşdirən xüsusi sənəd olur.

  • İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]