Campaolo Kutillo

Campaolo Kutillo (Giampaolo Cutillo; 1970, İtaliya və ya Neapol) — İtaliyanın Azərbaycan Respublikasındakı səfiri.

Campaolo Kutillo
Doğum tarixi 1970
Doğum yeri
Fəaliyyəti diplomat

C.Kutillo 1970-ci ildə Neapolda anadan olub[1]. Diplomatik xidmətdə 1994-cü ildə fəaliyyətə başlayıb.

1998-ci ildə İtaliyanın Venesuelanın paytaxtı Karakasda konsulu təyin edilib, 2001-ci ildə ölkəsinin Pakistandakı səfirliyində, 2005-ci ildə isə İtaliya XİN-in Cənubi Asiya və Okeaniya Baş bürosunda çalışıb. 2009-cu ildə isə Mumbaya (Hindistan) baş konsulu təyin edilib.

Campaolo Kutillo 2013-cü ilin iyulunda diplomatik missiyası başa çatmış Mario Baldini əvəz edir.

  1. "İtaliya Azərbaycana yeni səfir təyin edib". 2013-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.