CanSat

CanSat — kosmos texnologiyalarının tədrisi üçün istifadə olunan kiçik peyk cihazlarıdır. Hazırlanmasında istifadə olunan texnologiyalar minüatürləşdirilmiş peyklərdə istifadə olunan texnologiyalar ilə oxşarlıq təşkil edir. İndiyə kimi heç bir Cansat nə yerin orbitinə çıxarılıb, nə də ki atmosferdən kənara çıxıb.

Cansat yarışmalarında yükün (Cansat) həcminin standart soda dəmir qabının həcmində və çəkisinin 350 qramdan az olması tələb olunur. Cansatın antenaları xaricə quraşdırıla bilər, amma şərtlərə əsasən Cansat əsas roketdən ayrılmayana kimi ümumi diametr limiti (66mm) aşıla bilməz. Belə ki, antenalar yalnız ayrılışdan sonra açıla bilər.

Cansatlar müəyyən hündürlüyə kimi kiçik roketlərlə çıxarılır. Hündürlük yarışmaların şərtinə əsasən dəyişik olur. Cansatlara çox zaman əlavə olaraq onun buraxılışdan sonra yerə qayıdan zaman zərbə almasını azaltmaq üçün paraşüt də quraşdırılır ki bu həm də Cansatı yenidən istifadə etmək imkanı verir.

Cansatların kiçik ölçüsü və nisbi ucuzluğu imkan verir bu texnologiyadan kosmos sahəsinin tədrisi üçün istifadə edilsin.