Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Can Yılmaz — türk aktyor, ssenarist və yazıçı.[1]
Can Yılmaz | |
---|---|
türk. Can Yılmaz | |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | ssenarist, İkinci rejissor |
Vikianbarda əlaqəli mediafayllar |
Əslən Gürün, Sivaslıdır. Məşhur şoumen Cem Yılmazın böyük qardaşıdır. Anası evdar xanım, atası isə elektrikli ev alətləri ticarəti ilə məşğul olan Can Yılmaz uzun müddət mətn yazarı olaraq fəaliyyət göstərmişdir. Ən parlaq işi Komedi Dükkanı adlı proqramının mətn yazarı olmasıdır. Proqramın bütün konsept və mətni Can Yılmaza məxsusdur.
Can Yılmaz ssenari və tamaşa yazarı olaraq da tanınır. "Hoqqabaz", "Hər şey çox gözəl olacaq", "G. O. R. A", "Yahşı Qərb" kimi sinema filmlərinin ssenariləri Can Yılmaza və qardaşı Cem Yılmaza aiddir. Əsasən kamera arxasında yer almağa daha çox meyillidir. Yazarın çap olunmuş 5 kitabı var[2]