Canal 13

Canal 13 Çilinin pulsuz yayımlanan bir televiziya kanalıdır. 21 avqust 1959-cu ildə Santyaqonun 2-ci analog kanalında Çili Papa Katolik Universitetinin bir qrup mühəndisinin rəhbərliyi ilə yayımlandı. Daha sonra televiziya stansiyası tezliyini VHF kanal 13-ə köçürdü və bu da indiki adının yaranmasına səbəb oldu. Başlanğıcda ən mühüm mərhələlərdən biri, Çilidə təşkil edilən 1962 FIFA Dünya Kubokunun yayımı idi.

Canal 13
Loqonun şəkli
Ölkə Çili Çili
Dil İspan dili
Baş qərargah
Yaranma tarixi 21 avqust 1959
Sahibi Luksic Group
Sayt 13.cl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Luksic Group-a məxsus olan Canal 13, Çilinin ikinci ən köhnə televiziya stansiyasıdır. 2010-cu ilə qədər Şili Korporasiyası de Televisión de la Pontificia Universidad Católica de Chile (Çili Papa Katolik Universitetinin Televiziya Korporasiyası) olaraq adlandırıldı. Bununla birlikdə, stansiya Çili’də qurulduğu gündən bu yana El 13 (on üçüncü) olaraq bilinir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Canal 13 details". Amarillas.com Mercantil.com chilnet.cl. İstifadə tarixi: 29 January 2013.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]