Canavardiş

Canavardiş (lat. Lycodon) — Cins adı yunan dilindən lykos (canavar) və odon (diş) sözlərindən düzəlib. Bədən uzunluğu 40-100 sm. Toranlıq sevən olurlar və gizli gecə həyatı keçirirlər, gecə aktiv olurlar. Əsasən tropik və subtropik meşələrin sakinləridirlər. Suilanı fəsiləsindən olan zəhərsiz ilan cinsidir.

Canavardiş
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Canavardiş
Beynəlxalq elmi adı

Canavardiş ilanların içəriyə doğru əyilmiş yuxarı çənə sümüyü var. Ön tərəfdə, 2-3 dənə dişi daha böyük olur. 30-adək növü var. Eninəzolaqlı Canavardiş Qərbi və Orta Asiyanın dağlıq yarımsəhra və çöllərində də yayılmışdır. Rəngləri ağ və ya sarı zolaqları olan qara, yaxud tünd-qəhvəyi olur, qarnı açıq rəngdə olur. Cox zaman daşların altında, torpaq çatlarında və heyvan yuvalarında sığınacaq tapırlar. Xırda kərtənkələlərlə və siçanlarla qidalanırlar.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Pyron R. A., Burbrink F. T., Wiens J. J. A phylogeny and revised classification of Squamata, including 4161 species of lizards and snakes (ing.). // BMC Evol. Biol. BMC, Springer Science+Business Media, 2013. Vol. 13, Iss. 1. P. 93. ISSN 1471-2148; 2730-7182 doi:10.1186/1471-2148-13-93 PMID:23627680
  2. "IUCN: Lycodon". IUCN. Arxivləşdirilib 2021-04-10 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2021-04-10. İstifadə tarixi: 2021-04-10.