Cari vaxt adaptiv təhlükəsizliyi — şəbəkə təhlükəsizliyi modeli olub şəbəkə üzərindən inkişaf etmiş müəssisələrə olan hücmların qarşısını almaqda xüsusi rol oynayır. Adaptiv təhlükəsizlik şəbəkədəki təhlükəli nəqliyyatı izləməkdə, anomalik davranışları aşkarlamaqda, zəif nöqtələri aşkara çıxarmaqda, sistemdə olan cari dəyişiklikləri tapmaqda, avtomatik olaraq icazəsiz müraciətin qarşısını almaqda, təhlükəli şəbəkə nəqliyyatını bağlamaqda, mühüm rol oynayır.[1]
Digər başqa xüsusiyyətləri ilə yanaşı adaptiv təhlükəsizlik elə bir təhlükəsizlik platformasıdır ki, yalnız spesifik problemi həll etmək əvəzinə onun kökündən həllini tapmaqda əvəzsizdir və beləliklə heuristic sistemlər təhlkükələrə qarşı daha asan mübarizə apara bilir. Təhlükəsizliyi hazır tətbiqetməyə daxil etmək əvəzinə bu təhlükəsizlik modeli tətbiqetmənin ilkin dizayn mərhələsində yaradılır.
Cari adaptiv təhlükəsizliiyin bu modelində böyük bir dəyişiklik müəllif menecmenti ve siyasətini istifadəçinin vəziyyətinə adaptasiya ola bilən, tələbə cavabdeh bir servise çevirməsidir.[2]