Caspian Fish

Caspian Fish şirkəti 2001-ci ilin 10 fevralında yaranmışdır. Şirkət kürü və balıq məhsulları istehsalı üzrə təkcə Azərbaycanda deyil, bütün post-sovet məkanında lider şirkətlərdən biridir.[mənbə göstərin]

Caspian Fish
Ümumi məlumatlar
Sənaye Balıqçılıq
Məhsulları Balıq,Kürü
Təsis tarixi 2001
Rəhbərlik
Rəhbərlik prezidenti - Əhədpur Mənuçehr
direktoru - Camaləddin Quluyev
caspianfish.az

Haqqında[redaktə | mənbəni redaktə et]

Caspian Fish yüksək dünya standartlarına uyğun qurulmuş müəssisədir. Təkcə onun açılışı üçün müxtəlif tikinti materialları, avadanlıq və müasir texnologiyaların əldə edilməsinə 56 milyon dollar həcmində xarici investisiya cəlb edilmişdir. Şirkət 96 çeşiddə balıq məhsulları, o cümlədən yüksək keyfiyyətli qara kürü istehsal edir. Qeyd edək ki, CITES və digər beynəlxalq təşkilatlar tərəfindən ciddi nəzarət altında olan kürü emalı və ixracı hüquqları Azərbaycanda yalnız Caspian Fish şirkətinə məxsusdur.