Cavad Fakuri (d. 1938, Təbriz, İran - ö. 30.09.1981) — əslən azərbaycanlı, İran İslam Respublikasının hərbi hava qüvvələrinin komandiri. General-mayor. 1980-1981-ci illər arası İran İslam Respublikasının 4-cü Müdafiə Naziri.
Cavad Fakuri | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | Təyyarə qəzası |
Dəfn yeri | |
Vətəndaşlığı | İran İslam Respublikası |
Milliyyəti | Azərbaycanlı |
Dini | islam |
İxtisası | Hərbçi |
Fəaliyyəti | Hərbi Hava Qüvvələri general mayoru |
Fəaliyyət illəri | 1981-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Cavad Fakuri:
Əmisi oğullarından biri MEK-in aparıcı üzvü olmasına və 1980-ci ildə İsveçdən siyasi sığınacaq istəməsinə baxmayaraq, Cavad Fakuri Xomeyninin və Rəfsəncaninin etibarını qazanaraq[1], Xomeyninin razılığı ilə o zamankı prezident Abolhassan Banisadr tərəfindən 1980-ci ilin iyununda yüksək vəzifəyə təyin edilib.[2][3]
C. Fakuri İran-İraq müharibəsində İran Hərbi Hava Qüvvələrinin komandiri kimi iştirak edib. Eyni zamanda, 1981-ci ilin yazından 1981-ci ilin sentyabrına qədər İİR-in Müdafiə Naziri vəzifəsində çalışıb.[4] Bu zaman o əvvəlki müdafiə naziri Mustafa Kamranın İran–İraq müharibəsi zamanı təyyarə qəzasında öldükdən sonra bu vəzifəni tutmuşdur. C.Fakurini bu vəzifədə 1981-ci ildə Məhəmməd Salimi əvəz etdi.[4]
C.Fakuri, Valiolla Fallahi və Musa Namju da daxil olmaqla digər yüksək rütbəli hərbi vəzifəlilər 29 sentyabr 1981-ci ildə Tehran yaxınlığında baş verən təyyarə qəzasında həlak olublar.[5] Hadisədən dərhal sonra çıxış edən Ayətullah Ruhollah Xomeyni bu hadisədə Xalq Mühacidləri təşkilatını günahlandırıb, amma birlavasitə sonçulara işarə etməyib.[6]
Cavad Fakuri ölümündən sonra general-mayor rütbəsinə layiq görülüb.
<ref>
teqi; Zabir20122
adlı istinad üçün mətn göstərilməyib