Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Cavad xan küçəsi Gəncə şəhərinin mərkəzi və uzun küçələrindən biridir. Küçə Gəncənin sonuncu xanı Cavad xanın şərəfinə adlandırılmışdır. Uzunluğu 2,3 km-dir. Cavad xan küçəsi hazırda Gəncə şəhər əhalisi və turistlərin ən çox gəzdiyi, orada yaradılan gözəllikləri seyr edərək asudə vaxtlarını səmərəli keçirdikləri məkanlardan biridir. Küçə Gəncədə salınan ilk küçələrdəndir. İlk salınanda Küçənn adı Elizavetpol küçəsi adlanırdı. Sovet dövründə küçəyə Mirzə Ələkbər Sabirin şərəfinə Sabir küçəsi adlandırldı.
Cavad xan küçəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Rayon | Nizami |
Uzunluğu | 2,3 km[1] |
Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin ilk nömrəsinin dərc olunduğu tarixi mətbəənin binası əvvəlki görkəminə qaytarılıb. AXC-nin qurucularından olan Xasməmmədov qardaşlarının yaşadığı ev, həmçinin 1899-cu ildə tikilən və alman mühəndisi Zingerin yaşadığı ev də Cavad xan küçəsinin tarixi tikililərindəndir.[2]