Cavanşir Cahangirov (tam adı: Cavanşir Muradxan oğlu Cahangirov; 30 oktyabr 1955, Bakı – 4 fevral 2020, Bakı) — Əməkdar jurnalist, 2009-cu ildən 2015-ci ilə kimi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır.
Cavanşir Cahangirov | |
---|---|
Cavanşir Muradxan oğlu Cahangirov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Bakı, qurdqapısı qəbirsanlığı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi |
Tanınır | jurnalist |
Cavanşir Muradxan oğlu Cahangirov 30 oktyabrda 1955-ci ildə Bakıda anadan olub. 1962–1972-ci illərdə Bakıdakı 172 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.[1]
1983-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi fəaliyyətə başlayıb. 1986–1992-ci illərdə "Gənclik" redaksiyasında baş redaktor olub. 2009-cu ildən 2015-ci ilə kimi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. Vəfatından əvvəl isə Azərbaycan Radiosunun proqram direktorunun müavini və Teleradio Akademiyasının vəzifələrində çalışırdı.[2]
O, uzun müddət xəstəlikdən əziyyət çəkirmiş.
Əməkdar jurnalist Cavanşir Canahgirov vaxtilə populyar olan "Çay dəstgahı" verilişinin müəllifi və aparıcısı kimi tanınıb.[3]