Cavid Ağacanov

Hal-hazırda, 1 romanın (Azərbaycan dillində) və 1 albomun müəllifidir. Cavid Ağacanov orta təhsilini S.Vurğun adına məktəbdə alıb.

Cavid Vaqif oğlu Ağacanov (15 sentyabr 1999, Astara) — azərbaycanlı repçi, musiqiçi, yazıçı, fotoqraf, videoblogger, youtuber.

CAVİD AĞACANOV
AGACAN MEDIA
Ümumi məlumatlar
Digər adı Cavka
Doğum adı Cavid
Ləqəbi Coni
Doğum tarixi (23 yaş)
Doğum yeri Azərbaycan Respublikası, Astara rayonu, Təngərüd kəndi
Vətəndaşlığı Azərbaycan
Milliyyəti talış
Atası Ağacanov Vaqif Cabir oğlu
Anası Zahidova Məhsəti İmaməddin qızı
Musiqiçi məlumatları
Fəaliyyəti Youtuber və Videoqraf
Fəaliyyət illəri 2020 - bu gün
Janrlar rep, rock, hip-hop
Musiqi aləti gitar
Albom şirkəti AGACAN Media Records
Əlaqəsi AGACAN Media Group (AMG)
Təhsili Lənkəran Dövlət Universiteti / Mühasibat uçotu və audit
Mükafatları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Suqovuşanın azad olunması"na görə və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur.
agacanmedia.com

Həyatı[redaktə | mənbəni redaktə et]

Cavid Ağacanov — 15 sentyabr 1999-cu ildə Astara rayonunun, Təngərüd kəndində dünyaya gözlərini açmışdır. 2005-ci il 15 sentyabrında Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbinin birinci sinifinə başlamışdır. Məktəb illərində savadı və biliyi ilə digər şagirdlərdən fərqlənib, müxtəlif inşa yarışmalarında və bilik olimpiadalarında iştirak edib, yerlər tutmuşdur.

Daha sonra 2016-cı ilin sentyabr ayının 15-də Lənkəran Dövlət Universitetinin, iqtisadiyyat və İdarəetmə fakültəsinin, mühasibat uçotu və audit ixtisası üzrə qəbul olmuşdur. Təhsil aldığı müddət ərzində 100-dən çox tədbirlərdə iştirak etmiş və 10-dan çox tədbirlərin müəllifi olmuşdur.

Daha sonra 2020-ci ilin iyun ayında ali təhsilini tamamlayaraq N nömrəli hərbi hissədə hərbi xidmətə yollanmış, çox qısa müddətdən sonra yenə N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərba edilməsi məqsədilə gedən döyüşlərdə iştirak etmiş, 44 günlük Vətən müharibəsində iştiraka görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Suqovuşanın azad olunması" və "Vətən müharibəsində iştiraka" görə medalları ilə təltif olunmuşdur.

Daha sonra, 1 illik hərbi xidmətdən qayıdandan sonra iş karyerasına 2021-ci ilin avqust ayının 18-də Yelo Bankın Lənkəran filialında mikrokreditlər üzrə kiçik kredit mütəxəssisi vəzifəsində işləyir.

Kariyerası[redaktə | mənbəni redaktə et]

Videoqraf və fotoqraflıq

2015-ci ilin yay aylarından müxtəlif tərzdə şəkillərin müəllifi olmuş, öz şəkillərində daha çox təbiəti ön plana çıxarmağa çalışmışdır. Həmin ildə Facebook sosial şəbəkələrində bir çox məşhur insanlardan müsahibə alınmış və həmin müsahibələri paylaşmışdır. Peşəkar karyerasına 2017-ci ildə başlayıb, öz adında sosial şəbəkələrdə maraqlı faktlar adı altında məlumatları araşdıraraq paylaşmışdır.

2018-ci ildə Qaraqabaq ləqəbindən istifadə edərək həvəskar olaraq rep musiqisi ilə məşğul olmuş, bir çox proyektlərin müəllifi olmuşdur.

2020-ci ildə Coronavirusun bütün dünyayı əhatə etdiyi vaxtda Photoshop PS-ni çox qısa müddətdə öyrənmiş və bir çox dizayn şəkillərin müəllifi olmuşdur.

2020-ci ildə ilk dəfə peşəkar videoqraflıq karyerasına başlamış "Bağ" və "Gizli Təbiət" adlı videolarının çəkilişini tamamlayıb paylaşmışdır. Daha sonra, hərbi xidmətə yollandığı üçün bir də hərbi xidmətdən qayıdandan sonra çəkilişlərə davam edəcəkdir.

2021-ci ildən başlayaraq karyerasına davam etmiş, "Bura Masallıdır" və "Balaca Ev" filmlərinin müəllifi olmuşdur.

Daha sonra, 2022-ci ildə AGACAN Media Group-u yaradaraq, filmlərini bu ad altında çəkməyə başlamışdır. Buna misal olaraq "Bibiyoni Şəlaləsi" və "Bakının Qaranlığı" filmləri ölkədə böyük izlənmə saylarını özündə birləşdirmişdir. Hal-hazırda karyerasına AGACAN Media Group-da davam edir.

Yazıçılıq fəaliyyəti[redaktə | mənbəni redaktə et]

"FİNAYA MƏKTUBLAR" (2020)

Cavid Ağacanov 2020-ci ilədək "Finaya Məktublar" romanı yazılmamışdan əvvəl 50-ə yaxın hekayələrin müəllifi olmuşdur. "Finaya Məktublar" romanı isə özündə həm hərbi xidməti, həm müharibə dövrünü və həm də hərbi xidmətdən sonra baş verən hadisələri və hissləri özündə əks edilmişdir. Yazıçının öz sözlərinə görə "Finaya Məktublar" romanı anonim şəxsə ithaf olunub və bu roman həmin şəxsə yazılan məktubların cəmləşməsindən yaradılmışdır. Roman 200 səhifədən ibarətdir və 100 ədəd limitli tirajda satışa yazılmışdır.

Konsertlər[redaktə | mənbəni redaktə et]

Xəzərin Sahilində

26 dekabr 2021-ci ildə Cavidin Xəzər Palace teatrında "Xəzərin Sahilində" adlı solo konserti oldu.

Payızın Ətri

15 oktyabr 2022-ci ildə Relax teatrında "Payızın Ətri" adlı Cavidin daha bir konserti baş tutur. O, 1 il sonra yenidən öz dinləyiciləri ilə bu səhnədə görüşür. Bu konsert çoxlarının yaddaşına həkk olunur. Konserdə canlı musiqi, orkestr, teatral səhnələr və yeni albomdan mahnılar ilk dəfə səslənir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]