Cavid Nadir oğlu Şahverdiyev

Cavid Nadir oğlu Şahverdiyev - Jurnalist, ADİİM, Avrasiya.net və GDİİM-ə rəhbəri, Türk Dövlətləri Vətəndaş Cəmiyyətləri Federasiyasının (TDVCF) təşəbbüs qrupunun rəhbəri və araşdırmaçı.

Cavid Şahverdiyev
Doğum tarixi (55 yaş)
Doğum yeri Şabran rayonu, Azərbaycan

Həyatı[redaktə | mənbəni redaktə et]

Cavid Nadir oğlu Şahverdiyev 1968-ci il aprelin 1-də Dəvəçi (indiki Şabran) rayonunda anadan olub.

1985-ci ildə Şabran rayonunda T. Abbasov adına orta məktəbi əla qiymətlərlə başa vurub.

1990–1995-ci illərdə Azərbaycan Fasiləsiz Təhsil Kompleksi "FUTUROLOQ" — Açıq Universitetin jurnalistika fakültəsini bitirib.

1986–1988-ci illərdə hərbi xidmətdə olub. 

Ailəlidir, iki oğul övladı var.

Peşəkar fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1988–1990-cı illərdə müxtəlif vəzifələrdə çalışıb. 1990-cı ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi razılıq məktubu ilə Dəvəçi və Siyəzən rayonları Mərkəzi Xəstəxanalarının Mülki Müdafiə Qərargahının rəisi vəzifəsinə təyin olunub.

1991-ci ildən Azərbaycan mediasındadır. 1992-ci ildə "Futuroloq" Nəşriyyatının baş redaktoru, 1994-cü ildə BMTİ Müstəqil teleşirkətdə redaktor vəzifəsində çalışıb.

Müxtəlif illərdə (1995-ci ildən) "Azərbaycan gəncləri", Azərbaycan-Türkiyə Agentliyi, "Hər gün", "Avrasiya", NTV (Türkiyə), "Məkan", "Həftə içi", "Trend" İA, "Xalq Cəbhəsi" və digər qəzetlərdə redaktor vəzifələrində işləyib. 

2007-ci ilin oktyabrında Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyini, 2012-ci ilin aprelində Avrasiya İnformasiya Agentliyini (www.avrasiya.net) təsis edərək, həmin qurumlara rəhbərlik edir. Türk Dövlətləri Vətəndaş Cəmiyyətləri Federasiyasının (TDVCF) təşəbbüs qrupunun rəhbəridir.

Gürcüstan Demokratik İslahatların İnkişafı (GDİİM) Mərkəzi İctimai Birliyinin sədridir. Bakunews.tv-nin təsisçisi və baş redaktoru.

Media eksperti və tədqiqatçı kimi yerli sayt və internet TV-lərdə çıxışlar edib.

Hazırda ADİİM, Avrasiya.net və GDİİM-ə rəhbərlik edir. "Xalq Cəbhəsi" qəzetinin əməkdaşıdır. Türkiyə, Rusiya, Hindistan, Pakistan, İndoneziya, Misir, Əlcəzair, Livan, İraq, İordaniya, Latviya, İtaiya, Ukrayna, Səudiyyə Ərəbistanının saytlarında Azərbaycan həqiqətləri və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı fundamental yazılarla çıxışlar edib. 

Elmi-İctimai Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Sədri olduğu ADİİM Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə müxtəlif mövzuda layihələr həyata keçirib, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunması və inkişaf etdirilməsiylə bağlı keçirdiyi layihələr çərçivəsində 3 kitab çap etdirib.

Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda və görüşlərdə Azərbaycan həqiqətlərini, Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırıb. Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev MDB Dövlətləri İnstitutunun direktoru, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin dəvəti ilə qatıldığı "MDB Dövlətləri İnstitutunun 15 illik yubileyi ilə bağlı" mayın 26-da Moskvanın "Prezident oteli"ndə keçirilən ilk iclası yarımçıq tərk edib. Buna səbəb K. Zatulinin iclasda separatçı Dağlıq Qarabağ rejimini "Dağlıq Qarabağ Respublikası" elan etməsi və bu rejimin "xarici işlər nazirinin müavini" Atacanyan Abqaroviçə söz verməsi, onun ardınca isə Atacanyandan separatçı rejimin rəhbəri Bako Saakyanın təbrik məktubunun ayaqüstə böyük sevinclə qəbul etməsi olub. Bunu bütün Azərbaycan xalqı üçün hörmətsizlik hesab edən C. Şahverdiyev elə oradaca etirazını şifahi və yazılı surətdə Zatulinə bildirərək tədbiri tərk edib. Eyni zamanda o, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinə gedərək səfirliyin rəsmisi Fəridə Ağazadəni məlumatlandırıb. Etiraz məktubunda QHT rəhbəri bildirib ki, dünyanın heç bir dövləti, o cümlədən Ermənistan Dağlıq Qarabagön müstəqilliyinin tanımadığı halda, belə beynəlxalq tədbirlərdə onu "DQR" kimi ictimaiyyətə çatdırmağın özü münaqişənin sülh yolu ilə həllini çətinləşdirməyə xidmət edir. Mayın 27-də isə Zatulin C. Şahverdiyev qaldığı "Park İnn Sadu" otelinə institutun əməkdaşı Eqma Xasbanı göndərərək onu növbəti gün keçiriləcək iclasda və veriləcək ziyafətdə iştiraka dəvət edib, lakin Azərbaycanın nümayəndə heyəti Zatulinin dəvətini rədd edib. C. Şahverdiyevin etirazı və tədbiri işıqlandıran jurnalistlərlə danışığından sonra "Novosti Armenia" agentliyi bu tədbirlə bağlı 26.05.2011 saat 16:39-da verdiyi xəbərdə Dağlıq Qarabağı tanınmamış respublika kimi göstərib. İnstitutun öz saytında isə ümumuyyətlə bu məsələyə toxunulmayıb[1].

Azərbaycan xalqına və Azərbaycan dövlətçiliyinə göstərdiyi xdimətlərə görə dəfələrlə diplom və sertifikatlarla mükafatlandırılsa da eyni zamanda erməni və digər terror təşkilatları və millətçi qrupları tərəfindən hədələnmişdir. Bütün bu hədələrə baxmayaraq Azərbaycan və Türkiyə arasındakı münasibətlərin inkişafına xidmət edən fəaliyyətini davam etdirmişdir[2].

Cavid Şahverdiyevin jurnalist kimi elmi və araşdırmacı fəaliyyətində mərkəz yerlərdən birini Azərbaycan mediasında milli-mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin təbliği məsələsi tutmuşdur. Bu məsələ ilə bağlı özünün məqaləsində aşağıdakı məsələlər öz əksin tapmışdır:

  • XXI əsrin milli KİV-e təsiri və milli-mənəvi dəyərlərin deqradasiyası;
  • KİV-in cəmiyyətin mənəvi formalaşmasına təsiri;
  • sosial medianın və başqa media orqanlarının milli-mənəvi dəyərlərə istədiyi kimi yanaşması və ya ümumiyyətlə nəzər yetirməməsi;
  • jurnalistlərin qeyri-peşəkarlığının tənqidi;
  • milli-mənəvi dəyərlərin qorunmasında birliyin və vahid xəttin vacibliyi. Mediada göstərdiyi xidmətlərə görə, Cavid Şahverdiyev Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Ali Mükafatı — QIZIL BUTA, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Ukrayna Gənclər Assambleyası ilə birgə təsis etdikləri "Qızıl pero" diplomuna, Türk Xalqları Mədəniyyəti Mərkəzi (Qazaxıstan) və Gürcüstan Müsəlmanları İdarəsi, Türkiyənin Eskişəhər Valiliyi , İspaniya Azərbaycanlıları Birliyi, Türk Dövlətləri Vətəndaş Cəmiyyətləri Federasiyasının (TDVCF) tərəfindən diplomlarla mükafatlandırılıb.

KİVDF, AVCİYA, MEDİA və digər təşkilatların, komitə və nazirliklərin keçirdikləri müsabiqələrin qalibi olaraq diplomlara layiq görülüb.

"Azərbaycan mətbuatında milli-mənəvi dəyərlərin təbliği problemi" mövzusunda çıxışı 2014-cü ildə Türkiyədə keçirilən Türk dünyası Vətəndaş Cəmiyyətləri Təşkilatlarının Zirvə Toplantısının yekun kitabına salınıb.

Misirin nüfuzlu www.shbabalnil.com saytında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı yazısı çap edilib[3].

Rəhbərlik etdiyi ADİİM Ukrayna, Türkiyə, Rusiya və Gürcüstanın vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edir.

Xarici Keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Moskvaya gedən azərbacanlı QHT sədri ermənilərlə skandal yaşayıb". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  2. "Sayt rəhbəri PKK-çılar tərəfindən hədələndi". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  3. "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.