Cavid Paşayev (həkim)

Cavid Paşayev — Azərbaycanlı həkim- anestezoloq, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru[1]

Cavid Paşayev
Doğum tarixi 24 avqust 1984(1984-08-24) (39 yaş)
Doğum yeri

Təhsili[redaktə | mənbəni redaktə et]

Cavid Paşayev 24.08. 1984-cü il tarixində Ermənistan SSRİ Qafan rayonunda anadan olmuşdur. Cavid Paşayev 2001–2007-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakültəsində təhsil alıb.2007–2008-ci illərdə Cavid Paşayev Kliniki Tibbi Mərkəzdə Anesteziologiya və Reanimasiya üzrə İnternatura təhsili almışdır.2022-ci ildən doktor Cavid Paşayev Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsində təhsil alır.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Cavid Paşayev tələbəlik illərindən əmək fəaliyyətinə başlayaraq 2003–2004-cü illərdə Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasında sanitar işləmişdir.2005–2007-ci illər ərzində Cavid Paşayev Kliniki Tibbi Mərkəzdə anesteziologiya və reanimasiya üzrə internaturada olub.2009-cu ildən 2010-cu ilə qədər Avrasiya Klinikasında həkim-anestezioloq, 2011-ci ildən 2014-cü ilə qədər isə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq- reanimatoloq olaraq çalışıb.2018–2021-ci illərdə doktor Cavid Paşayev Azərbaycan Tibb Universitetinin Anesteziologiya və Reanimasiya Kafedrasının assistenti olub. Daha sonra doktor Cavid Paşayev 2014–2021-ci illərdə fəaliyyətini Azərbaycan Tibb Universitetinin Anestezilogiya – reanimasiya şöbəsinin müdiri kimi davam etdirib. Cavid Paşayev 2021-ci ildən 2022-ci ilin İyul ayına qədər Bakı Sağlamlıq Mərkəzində Anesteziya və əməliyyat şöbəsinin müdiri, baş həkimin müavini vəzifəsində çalışıb.2022-ci il 15 İyul tarixində TƏBİB-in İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun imzaladığı əmrə əsasən doktor Cavid Paşayev Yeni klinika Publik Hüquqi Şəxs Tibb müəssisəsinin Direktor müavini (Direktor vəzifəsini icra edən) baş həkimi vəzifəsinə təyin edilib. O eyni zamanda Ürək-damar Mərkəzinin rəhbəri təyin edilib. Vüqar Qurbanov yeni baş həkimi kollektivə təqdim edib. Təqdimetmə mərasimində çıxış edən V. Qurbanov Cavid Paşayevin səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyət göstərdiyini və "Yeni klinika"nın müasir tələblərə uyğun olaraq daha da inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edəcəyinə əmin olduğunu bildirib. Doktor Cavid Paşayev 2023-cü il İyul ayının 12-ə qədər klinikanın direktor əvəzi kimi çalışmıdır. Hazırda həmin klinikada baş həkim işləyir[2].

İştirak etdiyi kurslar[redaktə | mənbəni redaktə et]

İstinye Universiteti Davamlı Təhsil Mərkəzi

Xəstəxana idarəedilməsi sertifikat proqramı – noyabr 2022-ci il

İstinye Universiteti Davamlı Təhsil Mərkəzi

Xəstəxana İdarəedilməsi Proqramı – iyun 2022-ci il

Vətən müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

Cavid Paşayev 2020-ci ildə AR Silahlı Qüvvələrin Baş Klinik Hospitalı – Könüllü olaraq Vətən müharibəsində yaralanan hərbi qulluqçulara tibbi yardım göstərilməsində iştirakına görə FƏXRİ FƏRMAN ilə təlfif edilmişdir. Doktor Cavid Paşayev 2022-ci il 12 Yanvar tarixində Səhiyyə Nazirliyinin "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Elvin Paşayev

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. "Cavid Paşayev ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru təyin edilib". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
  2. ""Yeni klinika"ya baş həkim təyin edilib". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.

İstinadlar[redaktə | mənbəni redaktə et]