Cavid Tağıyev (boksçu)

Cavid Tağıyev (6 oktyabr 1981, Lənkəran) – keçmiş Azərbaycan boksçusu və məşqçisi.

Cavid Tağıyev
Ümumi məlumatlar
Boyu 181 sm
Vətəndaşlığı
Doğum tarixi 6 oktyabr 1981(1981-10-06) (42 yaş)
Doğum yeri

Karyerası[redaktə | mənbəni redaktə et]

Cavid Tağıyev 75 kilo dərəcəsində mübarizə aparmışdır.[1] 2003-cü ildə Tailandda keçirilmiş dünya çempionatında və 2004-cü ildə Afinada keçirilmiş Yay Olimpiya Oyunlarında iştirak etmişdir. 2004-cü ildə isə Pula şəhərində keçirilmiş Avropa çempionatında bürünc medal qazanmışdır. Yeniyetmələrdə dünya çempionatında (66 kq) gümüş medal qazanmış, dünya kuboklarında (2005–06) 3-cü yeri tutmuşdur. Rusiyada keçirilmiş OPEC turnirində (2004) qızıl medal qazanmışdır. Dünya çempionatlarında ən yaxşı nəticəsi 2005-ci ildə Çində əldə etmişdir (5-ci yer).[1] 2006-cı ildə Plovdivdə keçirilmiş Avropa çempionatında yarımfinalda məğlub olmuşdur.[2]

Məşqçilik[redaktə | mənbəni redaktə et]

Azərbaycan millisindən kənarlaşdırıldıqdan sonra boks məşqçisi olmuşdur. Bosniya və Herseqovinaİraqdan təkliflər almış, 2019-cu ildə İraqın gənclərdən ibarət boksçulardan ibarət millisinin məşqçisi təyin olunmuşdur.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Cavid Tağıyev: Gənclərin İraq çempionatından sonra yeni komandanı formalaşdıracağam". AllSport (az.). 12 mart 2019. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2023.
  2. "Azərbaycanın boks yığması Avropa çempionatında şəxsi rekord vurub". Trend.az (az.). 24 iyul 2006. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2023.
  3. "Azərbaycanlı mütəxəssis: "Dünyada özümdən güclü məşqçi tanımıram"". Sputnik Azərbaycan (az.). 24 iyun 2019. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]