Cədəy xan - türk və altay mifologiyasında keşikçi tanrı. Şedey (Şaday, Çaday) Xan olaraq da bilinir. Altındağın (qızıl dağ) qoruyucusudur. Yeddi iti vardır. İtləriylə birlikdə Altındağa gedən yolu qoruyar. Başında tolgası (dəbilqəsi) ilə təsvir olunur. Qaya qapısı adlı yer altı keçidinin başında dayanmaqdadır. Bu qapı böyük bir dənizin kənarındadır. Zəncirlərlə bağlanmış yeddi azğın iti Ağ Dənizin kənarında qiyamət gününü gözləyir. Bəzən yer üzündə pisliklərə səbəb olduğu deyilər. Şamanla Erlik Xan arasında vasitəçilik etdiyi də deyilər.
(Çad/Çay/Ced/Yed) kökündən törəmişdir. Yetmək, kafi olmaq, güclü olmaq mənalarını saxlayar. Çad/Çay kökü Çayan/Çadan yəni əqrəb ilə əlaqəlidir.