Cek qayaları — Azərbaycan Respublikasının Quba rayonunun Cek kəndi ərazisində təbii abidə.
Qudyalçayın sağ qolu olan Ağçayın mənbəyinə doğru çayın sol sahilində, Baş Qafqaz silsiləsinin şimala doğru uzanmış qolunun suayrıcında şiş qayalar ucalır. Bunlar Cek kəndinin üstündə olduğundan Cek qayaları adlanır. Cek qayaları sanki Dubrar qayalarının qərb qurtaracağıdır. Ondan qərbə belə qayalar yoxdur. Böyük Qafqazın şərq qurtaracağında, dərələrin yamacında, suayrıclarında relyefdə aydın görünən sivri ucları olan konusvari bu Dubrar qayaları relyefə xüsusi gözəllik verir. Bir qrup geoloq bu qayaları "köksüz", digərləri isə "köklü" qayalar hesab edirlər.[1]