Cenevrə avtosalonu avtomobil dünyasında ilin əsas hadisəsi sayılır. İlk dəfə 1905-ci ildə keçirilən Cenevrə avtosalonu dünyada ən böyüklərdən biri, Avropada isə yeganə avtomobil sərgisidir. Bura demək olar ki dünyanın bütün aparıcı avtomobil istehsalçıları gəlir və hər il İsveçrə avtosalonu avtomobil sənayesi tarixində əlamətdar hadisəyə çevrilir.
Ənənəyə görə, sərginin rəsmi açılışından əvvəlki iki gündə avtomobillər jurnalistlərə göstərilir. Daha geniş tamaşaçı kütləsi üçün isə avtosalon iki gün sonra açılır. İsveçrədə 2010-cu il 4 mart tarixində rəsmən açılacaq 80-ci Cenevrə avtosalonu milyonlarla avtomobil həvəskarının diqqət mərkəzindədir. Yubiley sərgisi ziyarətçiləri iqtisadi böhrandan əvvəlki bolluqla təəccübləndirəcək. Dünyanın aparıcı avtomobil istehsalçıları 100-dən artıq yeni model nümayiş etdirəcəklər. Yeni modellər Wolkswagen, Citroen, Opel, Peugeot, Nissan, Honda, Skoda və digər şirkətlərə aiddir.