Cenevrә dirçәyi, sığırdili

Hündürlüyü 15-40 (60) sm, gövdəsi düz qalxan, hər tərəfi xovlu-tüklü və sadə olan çoxillik ot bitkisidir.[1]

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları hər iki tərəfdən tüklüdür,kökətrafı yarpaqları uzunsov-belvari,əksinəyumurtaşəkilli və yaxud belvariəksinəyumurtaşəkillidir,iri dairəvi dişli olub,saplağa daralmışdır, çiçəkləyənə yaxın quruyandır, aşağı və orta yarpaqlar adətən uzunsovdur, yuxarı yarısında dairəvi-dişlidir,qaidə hissəsinə doğru pazvari daralandır,oturaqdır, tədricən çiçək altlığına keçir;sonuncular yumurtaşəkilli olub, üç bölümlü və yaxud üç dişlidir.

Çiçək[redaktə | mənbəni redaktə et]

Çiçəkləri 4-6 (8) çiçəkli çiçək köbələrində, gövdənin uc hissəsində sünbülşəkilli çiçək qrupunda toplanmış, aşağı hissədə genışlənmişdir. Tacın uzunluğu 12-18 mm-dir mavi, bəzən ağ və ya çəhrayıtəhər rəngdədir,xaricdən az tüklüdür; üst dodaq iki bölümlü, alt dodaq isə uzunsov küt yan bölümləri və daha iri iki bölümlü orta bölümü ilə aşağıya doğru yönəlmişdir.

Meyvə[redaktə | mənbəni redaktə et]

Fındıqcaların uzunluğu 3 mm-ə yaxındır, dəyirmi və torvari-qırışlıdır.

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

May

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

May-Avqust

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bütün rayonlarında (Talış istisna olmaqla).Ovalıqdan orta dağ qurşağına qədər, nadir halda yuxarı dağ qurşağında.

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Çəmənliklərdə, talalarda,kolluqlarda, çayların sahilində, tarlalarda,bağlarda, əkin sahələrində, suvarma kanalları boyunca, alaqlı yerlərdə rast gəlinir.

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016