Cenni Karezi

Cenni Karezi (yun. Τζένη Καρέζη; əsl adı — Yevgeniya Karpuzi; 12 yanvar 1932[1], Afina26 iyul 1992, Afina) — yunan teatr və kino aktrisası.

Cenni Karezi
yun. Τζένη Καρέζη
Doğum adı Ευγενία Καρπούζη
Doğum tarixi 12 yanvar 1932(1932-01-12)[1]
Doğum yeri
Vəfat tarixi 26 iyul 1992(1992-07-26) (60 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti teatr aktrisası, kino aktrisası, televiziya aktrisası, tərcüməçi
IMDb ID0439206
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yevgeniya Karpuzi 12 yanvar 1934-cü ildə Afinada anadan olmuşdur (bəzi mənbələrdə 1932 və ya 1936 göstərilir). Atası riyaziyyatçı, anası isə məktəb müəllimi idi. Yevgeniya, ilk növbədə Salonikidə, sonra Afinada özəl fransız məktəbində oxumuşdur. O, fransız dilini səlis öyrənmişdir. Gənc olanda atası ailəni tərk edəndə, anası ilə yaşamağa davam etmişdir. 1951-ci ildə Yunanıstan Milli Teatrına qəbul olundu və orada teatr məktəbində oxuyurdu. Onun müəllimləri arasında dramaturq Angelos Terzakis və rejissor Dimitris Rontiris var idi. 1954-cü ildə teatr məktəbini bitirdikdən sonra Aleksis MinotisKatina Paksino kimi aktyorlarla birlikdə teatrda əsas rolları oynamağa başladı.

Onun səhnə debütü Marika Kotopouli Teatrında "La belle Heléne" adlı fransız komediyasında baş tutdu, digər aktyorlar arasında Melina Merkuri və Vasiliss Diamantopolos var idilər. 1955-ci ildə Karezi, Alekos Sakellariosun "Laterna, ftoheia kai filotimo" adlı komediyasında film debütünu etdi, 1957-ci ildə yayımlanan "Laterna, ftoheia kai garyfallo" adlı bu filmin davamı da böyük uğur qazandı.

Karyerasının zirvə nöqtəsi 1960-cı illərə təsadüf etdi. 1961-ci ildə o, özünün teatr truppasına rəhbərlik etdi və Yunan kinosunun klassikası sayılan "Lola" (1964), "Mənim dəli…dəli ailəm" (1965), "Cenni-Cenni" (1966), "Pulemyot üçün konsert" (1967) adlı kinolarda çəkildi. Ən böyük uğuru "Qırmızı Fənərlər" (1963) filmi oldu, hansı ki Ən yaxşı xarici dilli filmə görə Oskar mükafatına namizəd olmuşdur.

1972-ci ildə "Lisistrata" adlı son filmində rol aldı. Növbəti on il ərzində o, "Virciniya Vulfdan kim qorxur?", MedeaElektra kimi klassik teatr əsərlərində prodüser və aktrisa kimi çıxış etmişdir. Son dəfə teatr səhnəsində 1990-cı ildə Lula Anagnostakinin "Almazlar və blüz" pyesində rol almışdır. Sonra süd vəzi xərçəngi səbəbindən səhnəni tərk etmək məcburiyyətində qaldı[2][3].

Cenni Karezi 27 iyul 1992-ci ildə evində xərçəng xəstəliyindən vəfat etdi. Minlərlə insan onunla vidalaşmağa gəldi. Cenny Karezi Birinci Afina qəbiristanlığında dəfn edildi.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

1960-cı illərin əvvəllərində Karezi jurnalist Zahos Hadzifotiu ilə evləndi, lakin bu evlilik iki il sonra boşanma ilə başa çatdı. 1967-ci ildə "Pulemyot üçün konsert" kinosunun çəkilişi zamanı Kostas Kazakos ilə tanış oldu, bu nikahdan onun Konstantin adlı oğlu oldu.

  1. 1 2 Theatrical Museum of Greece. 1938.
  2. March 21, 2011. "Tzeni Karezi: Profile on the Greek Actress". Tree Pony. 2011-03-21. 2016-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-27. (#redundant_parameters)
  3. "(AWS)". Antiwar Songs. 2020-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]