Cenqa

Cenqa — Lesli Skot tərəfindən yaradılmış oyundur. Hasbro və Milton Bredly Company tərəfindən satışı həyata keçirilir.

Cenqa
Sayt jenga.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oyunun qaydaları[redaktə | mənbəni redaktə et]

54 taxta blokdan ibarətdir. Hər mərtəbə 3 blok olmaqla 18 mərtəbəli bir qüllə düzəldilir. Bununla belə, əgər ilk üç blok şimaldan cənuba düzülübsə, yuxarıdakı üç blok şərq-qərb sxemi ilə düzülməlidir. Oyun iştirakçıları növbə ilə bu 18 mərtəbəli qüllədən bir blok çəkir və qüllənin üstünə yenidən başlanğıcdakı kimi düzməyə başlayırlar. İştirakçılar toxunduqları bloku tək əlləri ilə çəkmək məcburiyyətindədilər. Qüllə yıxılmadan əvvəl son bloku kim çəkibsə oyunu o şəxs uduzar. Yenidən oynamaq istəsəniz, blokları yığmaq və onları bir qüllə etmək vəzifəsi əvvəlki oyunu uduzan şəxsə düşür.

İstinadlar[redaktə | mənbəni redaktə et]