Centropyxidae

Centropyxidae (lat. Centropyxidae) — ibtidailərin amöbozoylar sinfinə daxil olan fəsilədir.[1]

Centropyxidae
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Centropyxidae
Beynəlxalq elmi adı

Ümumi xarakterik əlamətləri[redaktə | mənbəni redaktə et]

Çanağı eksogen ünsürlərlə — kvars hissəcikləri, göbələk saplarının qalıqları və s. ilə "bəzədilmişdir". Simmetriyası radial və ya bilateraldır. Bədən forması çox vaxt girdə və ya yarımkürə, yumurtaşəkilli və armudşəkilli də ola bilər. Kürəyə yaxın olan formalarda (Cyclopyxis, Trygonopyxis) ağız mərkəzdə yerləşir və ya ekssentrikdir (Centropyxis, Paracentropyxis). Schwabiada çanağının dar qütbündə, Pseudowerin tzewiada isə genişlənmiş qütbündə yerləşir. Ağızcıq həmişə demək olar ki, çanağın daxilinə doğru çökmüşdür.[2]

Növləri və yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanda 4 növü tapılmışdır. Centropyxis aculeata Stein – Lənkəran rayonunun düyü tarlalarında və Azərbaycanın başqa su hövzələrində; C. delicatula Penard, C. laevigata Penard – Lənkəran rayonunun düyü tarlalarında və Cyclopyxis sp. – Lənkəran təbii vilayətinin subtropik bitkilər altındakı sarı torpaqlarda qeydə alınmışdır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Daniel J. G. Lahr, Philip J. Bergmann & Sônia G. B. C. Lopes. "Taxonomic identity in microbial eukaryotes: a practical approach using the testate amoeba Centropyxis to resolve conflicts between old and new taxonomic descriptions". Journal of Eukaryotic Microbiology. 55 (5). 2008: 409–416. doi:10.1111/j.1550-7408.2008.00339.x. PMID 19017061.
  2. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
  3. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.

İstinadlar[redaktə | mənbəni redaktə et]