Avisen gürzəsi (lat. Cerastes vipera) — Buynuzlu gürzələr cinsinə daxil olan zəhərli ilan növü. Yarımnövlərə ayrılmır.
Avisen gürzəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Avisen gürzəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bu növün ümumi uzunluğu 50 sm təşkil edir. Başları enli və düz, bədənləri isə kökdür. Göz ətrafında buynuzvarı pulcuqlara sahib deyildir. Bədəninin yan hissələrində olan pulcuqlar xırdadır. Bədəninin ümumi rəngi qumlu-qonurdur. Quyruğunun sonu qara rəngdədir.
Ədsasən qumlu səhralarda yaşayır. Gecə vaxtı aktiv olur. Kiçik kərtənkələr və gəmiriçilərlə qidalanır. Qoruma və ya ov zamanı "yan vuruş", quma "dalma" hərəkətləri edir. Yumurta qoymaqla çoxalır. Dişi 3–5 arası yumurta qoyur. Zəhəri kifayət qədər təhlükəlidir.
Afrikanın şimalında Qərbi Saxara, Mavritaniya, Cənubi Mərakeş, Əlcəzair, Tunis, Şimali Niger, Mali, Çad, Misir, İsrail, İordaniya və Səudiyyə Ərəbistanı[3] kimi ərazilərdə yaılmışdır.