Ceyhan (tarixən Piramos ya Piramus (yun. Πύραμος), Leukosirus (yun. Λευκόσυρος) və ya Cihun)[1] ―Türkiyənin cənubunda, Anadoluda çay.
Ceyhan çayı | |
---|---|
Ölkə | |
Mənsəbi | Aralıq dənizi |
Uzunluğu |
|
Su sərfi | 230 m³/s |
Hövzəsinin sahəsi | 21.200 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyhan çayı mənbəyini Türkiyənin Kahramanmaraş vilayətinin Əlbistan qəsəbəsinin cənub-şərqindən, Şərqi Tavr dağ silsiləsinin Nurhak dağlarından, Pınarbaşı adlanan yerdən götürür. Klassik istinadlara görə isə çayın mənbəyi Arabissos şəhəri yaxınlığındakı Kataoniyadadır.[2] Çayın əsas qolları Harman, Göksun, Mağara Gözü, Fırnız, Tekir, Körsulu, Aksu (Kahramanmaraşda Ceyhanla birləşir), Çakur, Susas və Çepercedir. Ceyhan çayının ümumi uzunluğu 509 kilometr (316 mil)-dir.
Çay klassik dövrlərdə bir müddət torpağın altı ilə axmış, daha sonra yenidən üzə çıxaraq axınını bərpa etmişdir. Çay Tavr dağlarındakı dərəsi boyu axarkən bəzi yerlərdə o qədər daralırdı ki, Strabon bir itin və ya dovşanın çayın üzərindən sıçrayaraq keçəcəyini iddia edirdi.[3] Çay dərin və sürətli idi[4] və orta eni 600 fut (180 m) idi.[5]
Hal-hazırda əvvəllər mövcud olan dar dərin vadiləri səbəbilə Ceyhan çayının üzərində hidroelektrik enerjisi istehsalı, daşqınlara qarşı mübarizə və məhsuldar Çukurova bölgəsinin suvarılması məqsədi ilə bəndlər tikilmişdir.
Ceyhan çaydakı su axını mövsümü olarq çox dəyişir. Avqust və sentyabr ayları çayın qıtsulu dövrüdür. Noyabr və dekabr aylarında isə payız yağışları suyun axın sürətini müvəqqəti olaraq saniyədə 50–380 kub metr olmaqla dəyişir. Yaz və yay aylarının əvvəllərində Tavr dağlarındakı qar əriyəndə axın artır və vaxtaşırı daşqınlara səbəb olardı. 20-ci əsrin son rübündə baş verən daşqınlar zamanı Çukurova düzünün iki çayı: Ceyhan və Seyhan çayları ən az 6 dəfə birləşmişdir.[6]
Çay klassik dövrlərdə özü ilə elə bir miqdarda palçıq daşıyırdı ki, qədim bir kəlama görə, çayın mənsəbində yığdığı material bir gün Kipr adasına çatacaq və beləliklə adanı materiklə birləşdirəcəkdi.[7] Ceyhan çayının mənsəbində əmələ gələn delta bataqlıq quşları üçün sığınacaqdır və bəzi illərdə onların sayı bir neçə milyona çatırdı. Buradakı qum sahili dəniz tısbağaları üçün yuva kimi rol oynayır.