Ceyhun Qala

Ceyhun Qala (tam adı: Ceyhun Abdul oglu Əliyev, doğum tarixi: 12 mart 1983) — azərbaycanlı müğənni.

Ceyhun Qala
Ümumi məlumatlar
Doğum adı Ceyhun Abdul oğlu Əliyev
Ləqəbi Ceyhun Qala
Doğum tarixi (40 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni

Həyatı[redaktə | mənbəni redaktə et]

Ceyhun Abdul oğlu Əliyev, 1983-cü il martın 12-də Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə böyük marağı və həvəsi ilə diqqət çəkmişdir. Bunu görən valideynləri onu Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 3 nömrəli uşaq musiqi məktəbinə qoymuşlar.

2004-cü ildə Azərbaycan Milli Konservatoriyasında təhsil almağa başlayan Ceyhun, Teymur Əmrahdan vokal və xalq artisti Canəli Əkbərovdan muğam dərsləri almışdır. Ceyhun Əliyevin musiqi istedadının inkişafında və formalaşmasında Azərbaycanın tanınmış incəsənət ustaları, muğam ifaçılarının və xarici musiqiçılərin böyük rolu olmuşdur. Ceyhun daim xalq artistləri Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rəşid Behbudov, xarici musiqi ustaları Beatles, Elvis Presli, Maykl Cekson ve başqalarının sənət nümunələrindən bəhrələnmişdir.

2013-cü ildə Nailə xanimla ailə həyatı qurub. Bir qızı və bir oglu var.

Musiqi karyerası[redaktə | mənbəni redaktə et]

2006 ilde “Bir möcüzə idi” mahnısı ilə “Qala” qrupuna gəlib. İlk mahnısı “Oyna incə bel oynasın” olan Ceyhunun, “Qala” qrupunda çalışdığı müddətdə ən sevilən mahnıları “Dünya və Qala”, “Bəh-bəh”, “Sevgi himni” olub. Ceyhun Əliyev əksər mahnılarınının müəllifi də, bəstəçisi də özüdür. Repertuarındakı mahnılarından ibarət ilk albomu “Məhəbbət” adlanır və bu albom 1998-ci ildə yazılmışdır. Albomda dinləyici rəğbəti qazanmış ən sevimli mahnı “Sevməzdim axı” bəstəsi olub.

Ceyhun ilk dəfə 2006-cı ildə “Qala” qrupu ilə bərabər Azərbaycan Dövlət Televiziyasında çıxış edib. 2007-ci ildə isə tək Azərbaycan Dövlət Televiziyasının efirinə çıxıb. Buna qədər Ceyhun Əliyevin bəstələdiyi mahnıları Azərbaycanın xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Ədalət Şükürov, müğənilərdən Sevda Yəhyayeva, Günay İbrahimli, Niyam Səlami, Gülay Zeynallı və başqaları uğurla ifa edirlər. İncəsənət ustasının sevilən və hazırda xit sayılan mahnılarından “Sonunda ayrıldıq”, “Şirin dilli”, “Bəlalı”, “Bal dadır”, “Dünyamın sabahı” və sairlərini qeyd etmək olar.

Bəstəçi və ifaçı Ceyhunun minlərlə insan tərəfindən sevilə-sevilə dinlənən “Sənə görə” mahnısı 2018-ci ildə reytinglərdə birinci yerə yüksəlmiş və hətta uzun müddət müğənninin vizit kartına çevrilmişdir.

Ceyhun Əliyev sənət adamı olaraq daim dövlət tədbirlərində gözəl ifaları ilə çıxış edir və publikanın sevimlisi kimi alqışlar qazanır. Sənətkar 2015-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümunəvi solisti olmuşdur.