Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. (noyabr 2023) |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Səlimov Ceyhun Aqil oğlu (23 dekabr 1970, Bakı – 13 iyul 1992, Çıraqlı) — "Azərbaycan Bayrağı" ordeni[1] ilə təltif edilmiş şəhid, keçmiş "Papanin" küçəsi Ceyhun Səlimovun adını daşıyır.
Ceyhun Səlimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 dekabr 1970 |
Doğum yeri | |
Vəfat tarixi | 13 iyul 1992 (21 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1970-ci ilin 23 dekabrında Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayonundakı 9 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı şəhərindəki 54 nömrəli texniki peşə məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirərək yol maşınları çilingəri peşəsinə yiyələnmişdir. 1990-cı il iyun ayının 25-də hərbi xidmətə çağırılıb. O, hərbi xidmətdə tankçı peşəsinə mükəmməl yiyələnir.
Azərbaycana qarşı Ermənistanın işğalçılıq müharibəsinə dözməyən və Rusiya hökumətinin ermənipərəst mövqeyini hiss edən Ceyhun hərbi xidmətin müddətini başa çatmasını gözləmədən Bakıya qayıdır və az sonra valideynlərinə demədən Milli Ordunun Xüsusi Təyinatlı bölməsində tankçı kimi xidmətə başlayır. Evdəki nərdtaxtanın içərisinə qoyub getdiyi məktubunda Ceyhun yazmışdı: "Ata, sən məni kişi kimi tərbiyə etdiyinə görə çox sağ ol… Mən Şuşaya getdim…Vətənini qəlbdən sevən oğlunuz Ceyhun Səlimov."
O, 777-ci Xüsusi Təyinatlı hərbi hissənin tərkibində Şuşaya yollanır. O, cəsur və qorxmaz bir oğlan idi. Ceyhun döyüşə gülə-gülə, zarafat edə-edə gedirdi. Çox cəld idi. Əsgər dostları ona "Zayçik" adını qoymuşdu.
Ceyhunun qulluq etdiyi hərbi hissənin sorağı Şuşadan, Daşaltıdan, Kosalardan gəlməyə başladı. Şuşa uğrunda döyüşlərin birində əlindən və ayağından ağır yaralanır. Bir neçə yoldaşı ilə birlikdə mühasirədən çıxaraq meşə yolu ilə Laçına gəlib çıxırlar. Ceyhun və digər yaralı yoldaşları vertalyotla Bakıya gətirilirlər. Xəstəxanada müəyyən edildi ki, Ceyhun 14 qəlpə yarası almışdır. Həkimlərin böyük səyi nəticəsində əlindəki və ayağındakı qəlpələrin yarısı çıxarıldı.7 qəlpəni çıxartmağa qoymadı. Həkimlərə dedi : "Müharibədən sonra…"
20 gün xəstəxanada yatdıqdan sonra Ceyhun Milli Ordunun kəşfiyyat batalyonun tərkibində Ağdərəyə yollanır. 1992-ci ilin iyulun 9-da Ağdərənin alınması əməliyyatında iştirak edir. Ağdərənin alınmasına görə şəxsən Rəhim bəy Qaziyevin imzası ilə saat və pul mükafatı ilə mükafatlandırıldı. Sonra 3 günlük evə buraxılır. 2 gün Bakıda qaldıqdan sonra cəbhəyə yollanır.
Kasapet yüksəkliyi uğrunda güclü vuruşma gedirdi. Ceyhun Səlimovun ağır döyüşü Kasapet döyüşü olur. 8 nəfər döyüşçümüz mühüm yüksəkliyi döyüşə-döyüşə düşməndən azad edirlər. Bu anda düşmən snayperinin atəşi qəhrəman və vətənpərvər Ceyhunun gözlərini əbədi olaraq yumdu. Yoldaşları söyləyir ki, ölümcül yaralı Ceyhun əlinə bir ovuc torpaq götürərək yoldaşlarına: "Bu torpağı qoruyun!" deyə bildi.
1992-ci il 13 iyul tarixində Ceyhun Səlimov qəhrəmancasına şəhid olur.
Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixi Fərmanı ilə Səlimov Ceyhun Aqil oğlu ölümündən sonra "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmişdir[1].
Hal-hazırda "Papanin" küçəsi Ceyhun Səlimovun adını daşıyır.
Anası Solmaz 1995-ci ildə, atası Aqil isə 2002-ci ildə vəfat etmişdir.