Ceyms Vebb kosmik teleskopu (JWST) — NASA-nın "Növbəti Nəsil Kosmik Teleskop" proqramı çərşivəsində Avropa kosmik Agentliyi və Kanada Kosmik Agentliyi ilə birlikdə yaratdığı kosmik teleskopu[3]. c kosmosa buraxılması və onun Yer-Günəş sisteminin Laqranj nöqtəsi ətrafında halo orbitində hərəkət etməsi planlaşdırılır[4][5]. Teleskop (narıncıdan qırmızya qədər) vizual oblastdan orta-infraqırmızı (0,6–27 mkm) oblasta qədər geniş dalğa uzunluğunda misligörülməmiş ayırdetmə və həssaslığa malik olacaq. Teleskop 25 dekabr 2021-ci ildə kosmosa uçuşu başladı. Teleskop Yerdən 1.5 milyon kilometr uzağa göndərilməyi hədəflənir, hədəflənən məsafayə çatması üçün təxmin edilən vaxt 27 gündür[4][5].
Ceyms Vebb teleskopu | |
---|---|
Uçuş məlumatları | |
Buraxılma tarixi | 25 dekabr 2021[1][2][…] |
NSSDC ID | 2021-130A |
SCN | 50463 |
Emblem | |
Vikianbarda əlaqəli mediafayllar |
JWST teleskopunun imkanları astronomiya və kosmologiya sahələrində geniş müşahidələrə şərait yaradacaq.[3] "James Webb" teleskopunun əsas məqsədləri Böyük Partlayışdan (Big Bang) sonra yaranmış ilkin qalaktika və ulduzların işıqlarının alınması, onların formalaşması və inkişafı, planet sistemlərinin yaranması və həyatın mənşəyinin öyrənilməsidir. JWST teleskopu kainatın yaranmasından sonra ilk formalaşmış ulduzların işıqlarının tapılması üçün kifayət qədər həssaslığa malik olacaq. Onun vasitəsi ilə astronomlar həm də digər ulduz orbitlərində ekzoplanetlərin kimyəvi tərkibini təyin edə biləcəklər[5]. NASA mühəndisləri "Hubble" kosmik teleskopunu əvəz edəcək NASA-nın 2-ci rəhbərinin (1961–1968) adını daşıyan JWST[5] nəhəng kosmik teleskopunun yığılmasını tamamlamışdır.
Avropa Kosmik İttifaqına məxsus olan "Ariane-5" daşıyıcı raketin köməyi ilə Fransız Qvianasının kosmodromundan buraxılışı nəzərdə tutulan "James Webb" teleskopunun əsas xüsusiyyəti onun güzgüsünün seqmentlərdən ibarət olmasıdır.
Teleskopun diametri 6,5 metrə bərabər olan əsas güzgüsü 18 bölmədən ibarətdir və əsas güzgünün sahəsi "Hubble" teleskopuna nisbətdə yeddi dəfə böyükdür. Bu layihə ilə əlaqədar çəkilən xərclər 10 milyard dolları əhatə edəcək[3][5].
JWST teleskopunun tərkibində aşağıdakı cihazlar var: